770) Stasionara daxil olmuş şəxsə ilkin olaraq «Kəskin pankreatit» diaqnozu
qoyulmuşdur. Həkim Amerika Birləşmiş Ştatlarının Ranson sistemindən istifadə
edərək xəstəliyin ağırlıq dərəcəsini təyin etmək istəyir. Xəstə neçə obyektiv
göstərici əsasında qiymətləndirilir? Bu göstəricilərdən neçəsi qəbul şöbəsində
təyin olunur?
A) 11;5
B) 7;3
C) 9;4
D) 13;7
E) 15;11
Ədəbiyyat: Kəskin pankreatitin diaqnostika və müalicəsi üzrə kliniki protokol Bakı
2009 səh 12
771) 60 yaşlı xəstə xəstəxananın qəbul şöbəsinə müraciət etmişdir. Müraciət
zamanı şikayətləri: epiqastral nahiyədə spazmolitiklərlə götürülə bilməyən
kəmərvari intensiv xarakterli ağrılar, ürəkbulanma, qusma, qusmadan sonra
rahatlığın yaranmaması, qarında köp. Obyektiv: t-37,60 C. Dəri və görünən
selikli qişalar normal rəngdədir. Dərialtı piy qatı yaxşı inkişaf edib. Ürək tonları
aydındır. A/T-140/80 mm.c.süt. Ps-102/1 dəq.,ritmikdir. Ağciyərlər üzərində
vezikulyar tənəffüs eşidilir. Dili nəm, bir qədər ərplidir. Qarnı palpasiya zamanı
epiqastral və sol qabırğaaltı nahiyədə bir qədər ağrılıdır. Meteorizm müşahidə
olunur. Axırıncı defekasiya aktı 5 saat əvvəl olub. Diurez sərbəstdir.
Laborator müayinə nəticələri: Hb-130q/l,Eritrositlərin ümumi miqdarı
4,9x1012/l, Trombositlərin ümumi miqdarı 320X109//l, Leykositlərin sayı
17X109l, EÇS-24 mm/s, ümumi zülal 70q/l, ümumi xolesterin 5,2 mmol/l, qalıq
azot 16,2 mmol/l, qanda qlükozanın miqdarı 10,7mmol/l, AST-57 U/l, Ht-41%,
SPO2 normal, Qan zərdabında laktatdehidrogenaza, sidik cövhəri və kalsium
ionları norma daxilində, maye və qələvi defisiti müşahidə olunmayıb. Amerika
Birləşmiş Ştatlarının Ranson sisteminə əsasən pankreatitin neçə obyektiv
Dostları ilə paylaş: |