1018) Lorin-Epşteyn üsulu ilə (toxum-ciyəsinin, girdə bağın) novokain blokadası böyrək sancısı zamanı daşın lokalizasiyasından asılı olaraq effektlidir? A) sidik axarının yuxarı 1/3-də
B) sidik axarının orta 1/3-də
C) sidik axarının aşağı 1/3-də
D) daşın lokalizasiya olduğu yerin əhəmiyyəti yoxdur
E) böyrək ləyənində
Ədəbiyyat: Н.А.Лопаткин. Руководство по урологии. «Медицина», Москва,
2000.
1019) USM zamanı aşkar olunan hansı əlamət böyrək sancısına məxsusdur? A) kasal-ləyən sistemin və sidik axarın yuxarı 1/3-in dilatasiyası
B) böyrəkdə iri törəmənin olması
C) böyrək parenximanın qeyri-bərabər olması
D) böyrəyin toplayıcı sistemində hipoexogen törəmə
E) böyrəkdə aşkar edilən girdə formalı nazik divarlı exoneqativ törəmə
Ədəbiyyat: В.В.Митьков, М.В.Медведева. Клиническое руководство по
ультразвуковой диагностике. «Видарь», Москва, 1996.
1020) Paranefritin diaqnostikasında ən informativ üsul hansıdır? A) USM-si
B) paranefral punksiya
C) izotop renoqrafiyası
D) ekskretor uroqrafiyası
E) sidik yollarının icmal rentgenoqrafiyası
Ədəbiyyat: В.В.Митьков, М.В.Медведева. Клиническое руководство по
ультразвуковой диагностике. «Видарь», Москва, 1996.
1021) Naməlum diaqnozda sistitin olmasına dəlalət edən əlamət hansıdır? A) azotemiya
B) qasıqüstü nahiyədə şişkinlik
C) hematuriya
D) perrektum və ya uşaqlıq yolunun barmaqla müayinəsi zamanı ağrının olmaması
E) leykosituriya
Ədəbiyyat: Н.А.Лопаткин. Руководство по урологии. «Медицина», Москва,
2000.
1022) Sidik kisəsinin zədələnməsi zamanı ilk növbədə hansı rentgenoloji müayinə aparılmalıdır? A) iсmal uroqrafiya
B) ekskretor uroqrafiya
C) pnevmosistoqrafiya
D) uretroqrafiya
E) retroqrad sistoqrafiya
Ədəbiyyat: Н.А.Лопаткин. Руководство по урологии. «Медицина». Москва,
2000.