1239) ”Güzgülü” ağ ciyərlər nədir ?
A) Hər iki ağ ciyərin paylara bölünməməsi
B) Hər iki ağ ciyərin simmetrik dörd paylı olması
C) Hər iki ağ ciyərin simmetrik iki paylı olması
D) Elə bir anlayış yoxdur
E) Hər iki ağ ciyərin simmetrik üç paylı olması
Ədəbiyyat: Торaкальная хирургия. Руководство для врачей. Под ред.
Л.Н.Бисенкова. Санкт-Петербург, 2004, 1920 с (стр.623).
1240) ”Güzgülü” ağ ciyərlərin hansı simptomları var ?
A) Boğulma
B) Heç bir simptomları olmur-aparılan bronxoskopiya vəya döş boşluğu orqanları
üzərində aparılan əməliyyatlar zamanı təsadüfən aşkarlanır
C) Qanhayxırma
D) Döş qəfəsinin deformasiyası
E) Öskürək
Ədəbiyyat: Торaкальная хирургия. Руководство для врачей. Под ред.
Л.Н.Бисенкова. Санкт-Петербург, 2004, 1920 с (стр.623).
1241) Bronxektaziya nədir ?
A) Bronxların irinli proseslə əlaqədar olaraq seqmentar genişlənməsi
B) Əsas bronxların genişlənməsi və genişlənmiş bronxların mənfəzində xroniki qeyri
spesifik irinləmə ilə müşahidə olunması
C) Əsasən ağ ciyərlərin aşağı hissələrində bronxial ağacın şaxələrinin regionar
genişlənməsi və genişlənmiş bronxların mənfəzində xroniki qeyri spesifik irinləmə ilə
müşahidə olunması
D) Əzələ-sinir tonusunun destruksiası və ya çatışmazlığı ilə əlaqədar olaraq
bronxların seqmentar genişlənməsi
E) Əsasən ağ ciyərlərin yuxarı paylarında bronxial ağacın şaxələrinin genişlənməsi və
genişlənmiş bronxların mənfəzində xroniki qeyri spesifik irinləmə ilə müşahidə
olunması
Ədəbiyyat: Торaкальная хирургия. Руководство для врачей. Под ред.
Л.Н.Бисенкова. Санкт-Петербург, 2004, 1920 с (стр.684).
1242) Brunner və Dubasov üsulu ilə torakotomiya hansına aiddir?
A) Yan torakotomiya
B) Bilateral torakotomiya
C) Sternotomiya
D) Arxa-yan torakotomiya
E) Ön-yan torakotomiya
Ədəbiyyat: Л.Бежан. Резекция легких. Анатомические основы и хирургическая
методика. Рипол Классик, 1981, 416 с.( səh-131)
|