1293) Bud sümüyü diafizinin sınığının bitişməməsinin səbəbi hansıdır?
A) Sınıq nahiyəsində yerdəyişmə, anatoma-fizoloji xüsusiyyətləri, erkən ağırlıq
düşməsi, kəllə-beyin travması
B) Sınıq nahiyəsində yerdəyişmə, erkən ağırlıq düşməsi, başqa somatik xəstəliklər
C) Sınmış hissələr arasında toxumaların interpozisiyası, anatoma-fizoloji
xüsusiyyətləri, erkən ağırlıq, xroniki pankreatit
D) Sınıq nahiyəsində yerdəyişmə, sınmış hissələr arasında əzələ toxumasının
interpozisiyası
E) Sınıq nahiyəsində yerdəyişmə, anatoma-fizoloji xüsusiyyətləri, erkən ağırlıq,
başqa somatik xəstəliklər
Ədəbiyyat: Травматология и ортопедия Под ред Н.В. Корнилова 2008 стр 215.
1294) Qamış sümüyünün yerini dəyişən sınıqları zamanı skelet dartması nə
zaman gips sarğısı ilə əvəz olunur?
A) 7-8 həftədən sonra
B) 10 gündən sonra
C) 2-3 həftədən sonra
D) 4-6 həftədən sonra
E) 1-2 həftədən sonra
Ədəbiyyat: Травматология и ортопедия Под ред Н.В. Корнилова 2008 стр 234.
1295) İlizarov aparatı ilə kompresyon-distraksyon osteosintez baldır
sümüklərinin hansı sınıqlarında göstərişdir?
A) Qamış sümüyünün yerini dəyişməyən sınığında
B) İncik sümüyünün yerini dəyişməyən sınığında
C) Baldır sümüklərinin açıq sınıqlarında
D) Qamış sümüyünün diafizinin sınığında
E) Baldır sümüklərinin qapalı sınıqlarında
Ədəbiyyat: Травматология и ортопедия Под ред Н.В. Корнилова 2008 стр 235.
1296) Çanaq sümüklərinin sınığı zamanı əsasən hansı orqanlar zədələnir?
A) Kişilərdə prostat vəz, qadınlarda isə yumurtalıq
B) Sidik kanalının distal hissəsi
C) Sidik kisəsi
D) Qadınlarda uşaqlıq yolu, kişilərdə penis
E) Uretra (onun prostat hissəsi)
Ədəbiyyat: Травматология и ортопедия Под. ред. Ю.Г.Шапошникова М.
Медицина, 1997. 656 с том 2 стр 253
|