136) Appendikulyar peritonit münasibəti ilə təkrar əməliyyata məruz qalmış uşaqda tam yoğun bağırsaq fistulu əmələ gəlmişdir. Hansı operativ üsullar daha rasionaldır?
A) Fistula nahiyəsini xaricə drenə etmək
B) Bağırsağın yaşamayan hissəsini rezeksiya etmək və anastomoz
C) Qapalı ötürücü anastomoz
D) Yaradan bağırsağı tikmək
E) Bağırsağı geniş mobilizə edib, defekti tikmək
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
137) 10 yaşlı uşağın mədə xorasının perforasiyası olduqda cərrahın hansı taktikası məsləhətdir? A) Xoranı közəmək
B) Bilrot-1
C) Bilrot-2
D) Xoranın kəsib, defekti ləğv etmək
E) Hofmeyster-Finsterer
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
138) «Təsadüfü» appendektomiyaya rasional münasibət hansıdır? A) Atipik olaraq appendiks yerləşərsə
B) Xəstənin yaşından asılı olaraq
C) Mütləq appendektomiya edilməli
D) İnvaginal appendektomiya
E) Appendiksin saxlanmasına qorxu varsa
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
139) 12 yaşında olan uşaqda mədə bağırsaq qanaxması olarsa, xəstəyə ilk olaraq hansı müayinəni başlamaq lazımdır? A) Laparotomiya və periton boşluğunun reviziyasından
B) Kolonoskopiyadan
C) Kontrast rentgen müayinəsindən
D) Laparoskopiyadan
E) Qastroduodenoskopiyadan
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
140) Mekkel divertikulunun fleqmonoz formasında onun əsasının infiltratlaşması aşkarlanarsa, hansı məsləhət görülür? A) 45 dərəcəli bucaq altında rezeksiya
B) Bağırsağı rezeksiya edərək uc-uca anastomoz
C) Bağırsağı rezeksiya edərək yan-yana anastomoz
D) Hər bir cərrahın öz taktikası var
E) Pazvari rezeksiya
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.