388) Mədənin kəskin qanaxma ilə ağırlaşmış xorasının klinik əlamətləri: A) bradikardiya, sol qabırğaaltı nahiyədə ağrı, ödlü qusma
B) taxikardiya, AT enməsi, melena, qəhvə rəngli qusma
C) qanlı ishal, qarının çox köpməsi, qarında yayılmış ağrı
D) təkrari ödlü qusma, epiqastral nahiyədə kəskin ağrı, huşun pozulması
E) ishal, epiqastral nahiyədə kəskin ağrı, AT yüksəlməsi, təngnəfəslik
389) Mədənin perforativ xorası zamanı qaraciyərin perkutor kütlüyü itir, çünki: A) qaraciyərin altında mədə möhtəviyyatı toplanır
B) qaraciyərin üzərində eksudat toplanır
C) parezə uğramış bağırsaqlarda qaz toplanır
D) plevra boşluqlarında reaktiv iltihab başlayır
E) diafraqmanın sağ yarısının altında qaz toplanır
390) Qaraciyərin perkutor kütlüyü təyin olunur (itmir) : A) mədənin ön divarının xorasının deşilməsində
B) onikibarmaq bağırsağın ön divarının xorasının deşilməsində
C) mədənin böyük əyriliyinin xorasının deşilməsində
D) onikibarmaq bağırsağın arxa divarının xorasının deşilməsində
E) mədənin pilorik hissəsinin xorasının deşilməsində
391) 45 yaşlı xəstə onikibarmaq bağırsağın perforativ xorası səbəbindən təxirəsalınmaz surətdə əməliyyat olunur. Əməliyyat zamanı onikibarmaq bağırsağın soğanağının ön divarında 2-3 mm diametrində perforativ dəlik, qarın boşluğunda yayılmış irinli peritonit aşkar olunur. Cərrahın taktikası: A) yalnız selektiv proksimal vaqotomiya
B) perforativ dəliyin közənməsi
C) mədənin Bilrot II üsulu ilə rezeksiyası
D) mədənin Bilrot I üsulu ilə rezeksiyası
E) qastrostomiya
392) Peptik xoranın üzvün hüdudlarından kənara çıxıb qonşu orqana sirayət etməsinin adı: A) penetrasiya
B) pasterizasiya
C) proliferasiya
D) perforasiya
E) prolonqasiya