618) Su-elektrolit və zülal mübadiləsi pozğunluğu daha çox hansı hallarda olur? A) Bitişmə mənşəli bağırsaq keçməməzliyində
B) Spastik bağırsaq keçməməzliyində
C) Stranqulyasion bağırsaq keçməməzliyində
D) Obturasion bağırsaq keçməməzliyində
E) Paralitik bağırsaq keçməməzliyində
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998,
715 с.
619) Yüksək səviyyəli nazik bağırsaq keçməməzliyində kompleks müalicə tədbirləri hansı üsuldan başlanılmalıdır? A) Antixolinesteraz təsirli preparatların tətbiqi
B) İnfuzion terapiya
C) Antibiotikoterapiya
D) Nazoqastral zondlama
E) Cərrahi müdaxilə
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727
s.
620) Bağırsaqların dolaşaraq düyün əmələ gətirməsi daha çox hansı bağırsaqlar arasında baş verir? A) Siqmaya bənzər və nazik bağırsaq
B) Düz və nazik bağırsaq
C) Kor və nazik bağırsaq
D) Enən çənbər və siqmaya bənzər bağırsaq
E) Nazik bağırsaq ilgəkləri
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727
s.
621) Öd kisəsinin hidropsu hansı səbəbdən inkişaf edir? A) Ümumi qara ciyər axacağının daşla tutulması
B) Böyük duodenal məməciyin daşla tutulması
C) 12 b/b keçiriciliyinin xroniki pozğunluğu
D) Ümumi öd axacağının daşla tutulması
E) Kisə axacağının daşla tutulması
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко,
1998, 336 с.
622) Mellori-Veys sindromuna nə aiddir? A) Mədənin antral şöbəsinin selikli qişasının cırılması
B) Pilorik stenoz
C) Mədənin kardial şöbəsinin selikli qişasının cırılması
D) Kardial sfinkterin spazmı
E) «Güzgülü» xoraların olması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998,
715 с.