Ümümi cərrahiyə ixtisası üzrə nümunəvi test sualları


) Çənbər bağırsağın divertikulyozunun əmələ gəlməsinə şərait yaradan əsas



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə213/292
tarix30.08.2023
ölçüsü7,13 Mb.
#141112
1   ...   209   210   211   212   213   214   215   216   ...   292
2020-02-19 14-56-56

1013) Çənbər bağırsağın divertikulyozunun əmələ gəlməsinə şərait yaradan əsas 
amillərdən biri hansıdır? 
A) qida faktoru (sellüloza ilə zəngin qidanın istifadəsi) 
B) bağırsaqdaxili təzyiqin artması 
C) qida faktoru (şirniyyat istifadə olunması qəbulu) 
D) çoxlu maye qəbulu 
E) qarındaxili təzyiqin artması 
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.226 
1014) Kəskin işiorektal paraproktitdə aşağıdakılardan hansı göstərişdir? 
A) irinliyin punksiyası və antibiotiklərin yeridilməsi 
B) büzdüm-düz bağırsaq bağını kəsməklə irinliyin açılması 
C) bağırsaq mənfəzindən keçməklə irinliyin açılması 
D) absesin açılması, drenləşdirilməsi, anal kanalda kriptanin kəsilib götürülməsi 
E) absesin punksiyası və boşluğun yuyulması üçün drenajın qoyulması 
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. 
с.536 


1015) Hemorroidektomiyadan sonra ən çox rast gəlinən ağırlaşmalar 
hansılardır? 
1. kəskin ağrı sindromu 
2. sidik ifrazının ləngiməsi 
3. perianal ödem 
4. qanaxma 
5. kəskin paraproktit 
A) 1, 2, 4 
B) 2, 4, 5 
C) 1, 3, 5 
D) 1, 2, 3 
E) 3, 4, 5 
Ədəbiyyat: Б.Л.Канделис. Неотложная проктология. Эстония, 1980. с.92 
1016) S-ə bənzər Çənbər bağırsağın xərçənginin ən çox rast gəlinən ağırlaşması 
nədir? 
A) S-ə bənzər Çənbər bağırsağın iltihabı 
B) şişin müsariqəyə penetrasiyası 
C) şişin perforasiyası 
D) profuz bağırsaq qanaması 
E) bağırsaq keçməməzliyi 
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с. 
520 
1017) Hemorroidal qanaxma üçün defekasiya zamanı hansı ifrazat xarakterdir? 
A) melena 
B) al-qırmızı qan laxtaları 
C) tünd qan laxtaları 
D) qan və selik qarışıq nəcis 
E) nəcisin səthində al-qırmızı qan 
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с. 
529 

Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin