Ümümi cərrahiyə ixtisası üzrə nümunəvi test sualları


) Ağ ciyərin xroniki absesi olan xəstələrin sümük sistemində hansı



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə255/292
tarix30.08.2023
ölçüsü7,13 Mb.
#141112
1   ...   251   252   253   254   255   256   257   258   ...   292
2020-02-19 14-56-56

1226) Ağ ciyərin xroniki absesi olan xəstələrin sümük sistemində hansı 
dəyişikliklər baş verir ? 
A) Döş qəfəsinin sümük karkası dəyişilir, barmaqlar nağara çubuğuna bənzəyir 
B) Ağ ciyərin xroniki absesi olan xəstələrin sümük sistemində heç bir dəyişiklik baş 
vermir 
C) Döş qəfəsinin sümük karkası dəyişilir, onurğa sütunu əyilir 
D) Onurğa sütunu əyilir, barmaqlar nağara çubuğuna bənzəyir 
E) Döş sümüyü deformasiyaya uğrayır, barmaqlar nağara çubuğuna bənzəyir 
Ədəbiyyat: Торaкальная хирургия. Руководство для врачей. Под ред. 
Л.Н.Бисенкова. Санкт-Петербург, 2004, 1920 с (стр.677). 
1227) Hansı xəstəlik zamanı Mari-Bamberqer (uzun borulu sümüklərin diafiz 
səviyyəsində qalınlaşması) sindromu inkişaf edir ? 
A) Ağ ciyərlərin vərəmi 
B) Sümüklərin vərəmi 
C) Plevrit 
D) Ağ ciyərlərin xroniki absesi 
E) Sətəlcəm 
Ədəbiyyat: Торaкальная хирургия. Руководство для врачей. Под ред. 
Л.Н.Бисенкова. Санкт-Петербург, 2004, 1920 с (стр.677). 


1228) Ağ ciyərin xroniki absesi necə müalicə olunur ? 
A) Müəyyən əməliyyat önü hazırlıqdan sonra cərrahi müalicə 
B) Yalnız konservativ 
C) Döş qəfəsinin drenə olunması ilə 
D) Müalicəsi yoxdur 
E) Xalq təbabəti ilə 
Ədəbiyyat: Торaкальная хирургия. Руководство для врачей. Под ред. 
Л.Н.Бисенкова. Санкт-Петербург, 2004, 1920 с (стр.680). 
1229) Ağ ciyərin xroniki absesi zamanı cərrahi müalicəyə mütləq göstəriş nədir 

A) Yüksək hərarət 
B) Qanhayxırma 
C) İntoksikasiya əlamətləri 
D) Konservativ müalicənin effektivsizliyi 
E) Ağ ciyər qanaxması 
Ədəbiyyat: Торaкальная хирургия. Руководство для врачей. Под ред. 
Л.Н.Бисенкова. Санкт-Петербург, 2004, 1920 с (стр.681). 
1230) Ağ ciyərin xroniki abseslərinin hansı ağırlaşmaları olur ? 
A) Bronxektaziya, plevrit, plevranın empiyeması 
B) Ağ ciyərin xroniki absesləri heç vaxt fəsadlaşmırlar 
C) Döş qəfəsindən qarın boşluğuna açılan fistula, ağ ciyər qanaxması 
D) Sətəlcəm, ağ ciyər qanaxması, plevranın empiyeması 
E) Bronxektaziya, ağ ciyər qanaxması, plevranın empiyeması 
Ədəbiyyat: Торaкальная хирургия. Руководство для врачей. Под ред. 
Л.Н.Бисенкова. Санкт-Петербург, 2004, 1920 с (стр.684). 

Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin