176) Hansı yırtıqlarda yırtıq kisəsində bağırsaq divarının hissəvi nekrozu
müşahidə edilir?
A) Göbək yırtığında
B) Bud yırtıqlarında
C) Çəp qasıq yırtığında
D) Rixter yırtığında
E) Düz qasıq yırtığında
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 576 səh.
177) Evtanaziya icra etməsi sübut olunarsa tibb işçisi aşağıda sadalananlardan
hansı ilə cəzalandırıla bilər?
A) əmlakı müsadirə olunmaqla üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə
B) iki yüz saata qədər ictimai işlər ilə
C) iki ilədək müddətə islah işləri ilə
D) bir ildən iki ilədək ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum
etmə ilə
E) bir ildən üç ilədək xüsusi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum
etmə ilə
Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Bakı 2017 "Digesta"
nəşriyyatı səh 148
Dostları ilə paylaş: