443) Hansı əlamət fleqmonoz appendisit üçün xarakterik deyil?
A) Aramsız qusma
B) Sağ qalça çuxuru nahiyyəsində pulsasiyaedici intensiv ağrı
C) Leykositoz 12x109 / l, leykositar formulanın sola meylli olması, EÇS - in artması
D) Peritonun qıcıqlanma simptomu
E) Hərarətin 38 - 38, 5ºC - yə yüksəlməsi
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
444) Hamilə qadınlara appendektomiyadan sonra nə məsləhət görülməlidir?
A) Tez - tez peritoneal dializin tətbiqi
B) Hamiləliyin pozulmasının qarşısını almaq üçün tədbirlərin görülməsi, prozerin və hipertonik imalədən qəti imtina etmək
C) Mədənin 3 gün müddətində zondla yuyulması
D) Qarın boşluğunda tamponların uzun müddət saxlanması
E) Əməliyyatdan sonra 6 ay yataq rejimi
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
445) Kəskin fleqmonoz appendisitə görə appendektomiya əməliyyatı keçirmiş 39 yaşlı xəstədə iki gün sonra bağırsaqlarda parez, üşütmə, qarının sağ yarısında ağrı, qaraciyərin böyüməsi və sarılıq aşkarlanmışdır. Hansı fəsadın inkişaf etdiyini göstərin:
A) Obstruktiv xolangit
B) Qapı venasının pileflebiti
C) Qaraciyəraltı abses
D) Qaraciyərin absesi
E) Diafraqmaaltı abses
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Dostları ilə paylaş: |