726) Aşağıdakılardan hansı aşağı ətraf damarlarının obliterasiyaedici endarteriitinin cərrahi müalicəsinin seçim metodu deyil?
A) Arteriyaların daralmış sahələrinin rezeksiyası və onların auto- və allotransplantatla əvəz olunması
B) Endarterektomiya, yan autovenoz plastika ilə
C) Böyük dərialtı venanın bağlanması
D) Bel simpatektomiyası
E) Ətraf arteriyalarının autovenoz şuntlanması
Ədəbiyyat: А.А.Вишневский, Н.И.Краковский, В.Я.Золоторевский. Облетирирующие заболевания артерий конечностей. “Медицина", Москва, 1972. с.246
727) Qeyd olunanlardan hansı ürəyin zədələnməsinin birbaşa rentgenoloji simptomlarına aid deyil?
A) Ürək kölgəsi və perikard arasında hava zolağının olması
B) Ürəyin ölçülərinin böyüməsi, ürək kölgəsi v perikard arasında mayenin horizontal səviyyəsi
C) Sol plevral boşluqda mayenin olması
D) Ürəyin pulsasiyasının dəyişməsi
E) Ürək sərhədinin genişlənməsi, ürək halqalarının hamarlanması, ürək kölgəsinin intensivliyinin çoxalması
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. «Медицина», Москва, 1981. с.286.
Dostları ilə paylaş: |