186) Xora xəstəliyinin hansı aşağıdakı ağırlaşmaları zamanı təcili əməliyyat tələb olunur?
A) Konservativ üsulla saxlanılması mümkün olmayan mədə qanaxması, perforasiya
B) Perforasiya, penetrasiya
C) Penetrasiya, mədə çıxacağının stenozu
D) Mədə çıxacağının stenozu, maliqnizasiya
E) Konservativ saxlanılması mümkün olmayan mədə qanaxması, perforasiya, penetrasiya, maliqnizasiya
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
187) Xora xəstəliyi səbəbi ilə aparılmış mədənin rezeksiyası nəticəsində hansı sindrom çox vaxt meydana çıxır?
A) Anastomozun peptiki xorası, gətirici ilgək sindromu
B) Dempinq-sindrom, hipoqlikemik sindrom
C) Hamısı
D) Hipoqlikemik sindrom, «Kiçik mədə» sindromu
E) Dempinq-sindrom, hipoqlikemik sindrom, «Kiçik mədə» sindromu
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
Dostları ilə paylaş: |