Ümümi cərrahiyyə ixtisası üzrə test nümunələri
21.01.13-cü il tarixində əlavə olunmuşdur.
Cərrahiyyə yardımın təşkili və sosial gigiyena
1) Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
A) Tibbi-sosial ekspertiza bürosu
B) Baş həkim
C) Şöbə müdiri
D) Müalicə həkimi
E) Nəzarət-ekspert komissiyası
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?
A) Beynin qan həcmi azalır və KDT azalır
B) Beyinin qan həcminə və KDT dəyişmir
C) Beynin qan həcmi azalır və KDT yüksəlir
D) Beynin qan həcm artır və KDT dəyişmir
E) Beynin qan həcmi artır və KDT yüksəlir
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
3) Kəllə-beyin travmasının kəskin dövründə qlukokortikoidlərdən istifadə nəyə səbəb olur?
A) İmmun sistemi aşağı salır
B) Beyin ödemini azaldır
C) İrinli fəsadların inkişafına səbəb olur
D) Mədə-bagırsaq qanaxmalarını artırır
E) Hiperqlikemiyaya səbəb olur
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
4) Üz nahiyyəsinin yuxarı hissəsinin fleqmonalarının ciddi fəsadlaşmasına hansı aiddir?
A) Yumşaq toxumaların hematoması
B) Künc damarının venasının flebiti
C) Üz sinirinin parezi
D) Mediastenit
E) Parotit
Ədəbiyyat: Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичеслой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
5) Ağız boşluğu dibinin fleqmonasını aşağıdakılardan hansı ilə differensasiya etmək lazımdır?
A) Trizm
B) Almacıq nahiyyəsinin fleqmonası
C) Yanaq nahiyyəsinin fleqmonası
D) Lüdviq anginası
E) Alt dodağın karbunkulu
Ədəbiyyat: Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
Dostları ilə paylaş: |