271) Su-elektrolit və zülal mübadiləsi pozğunluğu daha çox hansı hallarda olur?
A) Bitişmə mənşəli bağırsaq keçməməzliyində
B) Paralitik bağırsaq keçməməzliyində
C) Obturasion bağırsaq keçməməzliyində
D) Spastik bağırsaq keçməməzliyində
E) Stranqulyasion bağırsaq keçməməzliyində
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
272) Yüksək səviyyəli nazik bağırsaq keçməməzliyində kompleks müalicə tədbirləri hansı üsuldan başlanılmalıdır?
A) Cərrahi müdaxilə
B) İnfuzion terapiya
C) Nazoqastral zondlama
D) Antixolinesteraz təsirli preparatların tətbiqi
E) Antibiotikoterapiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
273) Bağırsaqların dolaşaraq düyün əmələ gətirməsi daha çox hansı bağırsaqlar arasında baş verir?
A) Nazik bağırsaq ilgəkləri
B) Siqmaya bənzər və nazik bağırsaq
C) Kor və nazik bağırsaq
D) Düz və nazik bağırsaq
E) Enən çənbər və siqmaya bənzər bağırsaq
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Dostları ilə paylaş: |