432) Pasient arxası üstü vəziyyətdən böyrü üstə çevrildikdə, aşağı ağciyərin oksigeni udma qabiliyyəti necə olur?
A) Bir qədər artır
B) 15-30% artır
C) 15-30% azalır
D) Dəyişilmir
E) Bir qədər azalır
Ədəbiyyat: В.И.Бураковский, Л.А.Бокерия. Сердечно сосудистая хирургия. «Медицина», Москва, 1989.
433) Arteria qanın oksigenlə doyma səviyyəsi nə qədər azaldıqda sianoz əlamətləri meydana çıxır?
A) 100%
B) 80%
C) 85%
D) 95%
E) 90%
Ədəbiyyat: В.И.Бураковский, Л.А.Бокерия. Сердечно сосудистая хирургия. «Медицина», Москва, 1989.
434) 32 yaşlı kişi, özünü tam sağlam hesab edir. Müayinə zamanı ağciyərin sağ yuxarı payında homogen, dairəvi,diametri 6 sm olan, sərhədi dəqiq olan kölgə müşahidə olunmuşdur. Mantu reaksiyası mənfidir. Qan analizində eozinofiliya aşkarlanmışdır.Hansı xəstəlikdən şübhələnmək olar?
A) Tuberkulomadan
B) Exinokokkoz
C) Ağciyər absesi
D) Ağciyərin periferik xərçəngi
E) Aktinomikoz
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
435) Ağciyər qanaxmasının mənbəyini təyin etmək üçün sadalanan hansı diaqnostik metodlara üstünlük verilir?
A) Bronxoskopiya
B) Bronxoqrofiya
C) Tomoqrafiya
D) Torokoskopiya
E) 2-3 proyeksiyada rentgenoqrafiya
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
Dostları ilə paylaş: |