577) Yırtıq kisəsinin fleqmonası zamanı nə göstərişdir?
A) Antibiotiklərlə konservativ müalicə
B) Laparotomiya, bir blokla yırtıq kissəsinin nekrozlaşmış bağırsaq ilgəyi ilə birlikdə kəsilib götürülməsi
C) Aktiv aspirasiya ilə fleqmonanın ikimənfəzli boru ilə drenaj olunması
D) Miller-Ebot zondu ilə bağırsağın intubasiyası
E) Fleqmonanın açılması
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Г)
578) Mədə rezeksiyasından sonra xəstə şirin və südlü qida qəbulundan sonra epiqastral nahiyədə ağırlıq hissi, huşun itməsi, zəiflikdən şikayətlənir. Bu hal xasdır:
A) anastomozun peptik xorası
B) mədəaltı vəzin insulinoması
C) gətirici ilgək sindromu
D) kiçik mədə sindromu
E) dempinq sindromu
Ədəbiyyat: Ş.B.Quliyev. Cərrahi xəstəliklər. Bakı, 2002.
Dostları ilə paylaş: |