621) Aşağıda göstərilən hansı halda öd kisəsinin qalan hissəsinin selikli qişasının elektrokoaqulyasiya olunmaqla hissəvi çıxarılması göstərişdir?
A) Perevezikulyar abses
B) Bərk perivezikulyar infiltrat
C) Qanqrenoz xolesistit
D) Mirizzi sindromu
E) Öd yollarının atipizmi
Ədəbiyyat: О.Б.Милонов, И.Д.Тоскин, В.В.Жебровский. Послеоперационные осложнения и опасности в абдоминальной хирургии. «Медицина», Москва, 1990. (Г)
622) Öd yollarının erkən əməliyyatdan sonrakı dövrdə baş verən təzə zədələnmələrinə aşağıdakı hansı müayinənin nəticəsinə əsasən diaqnoz qoyulur?
A) USM
B) Retroqrad xolangiopankreatoqrafiya
C) Fistuloxolangioqrafiya
D) Retroqrad xolangiopankreatoqrafiya+ dəridən qaraciyərdən keçən xolangioqrafiya
E) Dəridən qaraciyərdən keçən xolangioqrafiya
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
623) Erkən əməliyyatdan sonrakı dövrdə öd yollarının kəsilməsi necə təzahür edir?
A) Mexaniki sarılıq
B) Hıçqırma
C) İrinli xolangit
D) Ödlü qusma
E) Öd axma sindromu
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
624) Erkən əməliyyatdan sonrakı dövrdə qaraciyərdən xaric öd yollarının bağlanması hansı əlamətlərlə təzahür edir?
A) Öd pertoniti
B) Pankreonekroz
C) Qızdırma
D) Öd axma
E) Mexaniki sarılıq
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
Dostları ilə paylaş: |