789) 8-aylıq oğlan uşağında sol tərəfli kriptorxizm var. Sizin taktikanız:
A) 15 yaşdan sonra əməliyyat
B) hormonal müalicə
C) 2-3 yaşda əməliyyat
D) 1 yaşa kimi əməliyyat
E) Təcili əməliyyat
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
790) Qida borusunun xalaziyasında qeyd olunan əməliyyatlardan hansı icra edilir?
A) Qastrotomiya
B) Kardiomiotomiya
C) Qastrostomiya
D) Pilorotomiya
E) Nissen üsulu ilə fundoplikasiya
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
791) Anadangəlmə bud sümüyü başının çıxığının altı aydan sonra konservativ müalicəsinin əsası nədən ibarətdir?
A) Frekye döşəyi ilə funksional müalicə
B) Osteosintez
C) Narkoz altında qapalı repozisiya
D) Funksional dartma
E) Geniş bələmə
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
Dostları ilə paylaş: |