88) Qapayıcı dəliyin yırtığı haradan xaricə çıxır?
A) Qasıq nahiyəsindən
B) Budun yuxarı 1/3-nin ön-medial tərəfindən
C) Pupart bağının altından və ona bitişik
D) Budun yuxarı 1/3-nin ön-lateral tərəfindən
E) Sağrı nahiyəsindən
Ədəbiyyat: Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
89) Spigel yırtığı haradan çıxır?
A) Göbəkdən bir qədər yuxarıda düz əzələ yatağının bayır kənarından
B) Göbəkdən bir qədər aşağıda düz əzələ yatağının bayır kənarından
C) Qasıqüstü nahiyədən
D) Göbəkdən bir qədər aşağıda düz əzələ yatağının içəri kənarından
E) Ön-üst qalça tinindən 2sm medial tərəfdə
Ədəbiyyat: Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
90) Uşağın ümumi vəziyyətində dəyişiklik törətməyən qarnın ağ xəttinin yırtığı nə vaxt əməliyyat olunmalıdır?
A) 3 yaşdan sonra
B) 1 yaşa qədər
C) 10 yaşdan sonra
D) 5 yaşdan yuxarı
E) 1-3 yaşında
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
Dostları ilə paylaş: |