164) Xəstənin ağciyərinin rentgenoloji müayinəsi nədən başlanmalıdır?
A) Super eksponirə olunmuş rentgenoqrafiyadan
B) Obzor rentgenoskopiyadan və düz, yan proyeksiyada rentgenoqrafiyadan
C) Birbaşa rentgenoqrafiya
D) Ağciyərin tomoqrafiyası
E) Bronxoqrafiyadan
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
165) Steatoreya hansı xəstəlik üçün xarakterikdir ?
A) Kron xəstəliyi
B) Postxolesistoektomik sindrom
C) Kəskin pankreatit
D) Xroniki pankreatit
E) Qaraciyər çatışmazlığı
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
166) Aşağı ətraf venalarının qapaq çatışmazlığını müəyyən etmək üçün ən informativ üsul hansıdır?
A) Doppleroqrafiya
B) Delbe-Pertes sınağı
C) Reovazoqrafiya
D) Retroqrad yolla çanağın fleboqrafiyası (Valsalv sınağı)
E) Fleboqrafiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
167) Mədə-bağırsaq anastomozlarının çatmamazlığına şübhə olduqda aşağıda göstərilən hansı müayinə məsləhət görülür?
A) Qarın boşluğunun obzor rentgenoskopiyası
B) Ultrasəs müayinəsi
C) Mədənin kontrast rentgen müayinəsi
D) Laparoskopiya
E) Fibroqastroduodenoskopiya
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
Dostları ilə paylaş: |