Ümumi cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Nazik bağırsaq şişinin hansı ağırlaşması tez- tez rast gəlinir?



Yüklə 210,2 Kb.
səhifə330/340
tarix02.01.2022
ölçüsü210,2 Kb.
#1375
növüРуководство
1   ...   326   327   328   329   330   331   332   333   ...   340
898) Nazik bağırsaq şişinin hansı ağırlaşması tez- tez rast gəlinir?
A) fistulanın əmələ gəlməsi

B) kiçik çanağa metastazlar

C) şişin perforasiyası

D) şişdən qanaxma

E) bağırsaq keşməməzliyi
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при онкологических заболеваниях органов брюшной полости. «Медицина», Москва, 1986.
899) 67 yaşlı xəstə qarnın sağ yarısında ağrıdan, köpdən, bir neçə dəfə qusmadan və bundan sonra az müddətli yaxşılaşmadan şikayətlə daxil oldu. Əvvəllərdə xəstədə qarnın sağ yarısında ağrılar, qəbzlik və hərdən duru nəcis ifrazı ilə əvəzlənmə olub. Obyektiv olaraq qarın bir qədər sağ tərəfdə köpdür, tənəffüsdə iştirak edir, yumşaqdır, sağda ağrılıdır və ön divarda bir qədər əzələ gərginliyi və güclü peristaltika müəyyən edilir. Təmizləyici imalədən sonra xəstədə nəcis ifrazı olub buna baxmayaraq qarnında köp və ağrı qalmaqdadır. Birinci növbədə hansı diaqnostik müayinə aparmaq lazımdır?
A) qanın ümumi müayinəsi

B) USM


C) fibrokolonoskopiya

D) qarın boşluğunun rentgen müayinəsi

E) rektoromonoskopiya
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при онкологических заболеваниях органов брюшной полости. «Медицина», Москва, 1986.
900) Xəstədə müayinələr əsasında düz bağırsağın yuxarı ampulyar şöbəsinin xərçəngi diaqnozu qoyulmuşdur. Histoloji müayinə yüksək differensiyalı adenokarsinoma müəyyən etmişdir. Şiş anusdan 9 sm yuxarıda yerləşir və ətraf toxumalara sirayət etmir. Kəskin bağırsaq keçməməzliyi əlamətləri yoxdur. Xəstəyə hansı həcmdə cərrahi əməliyyat aparmaq mümkündür.
A) Mikulic əməliyyatı

B) hartman əməliyyatı

C) düz bağırsağın ön rezeksiyası

D) qoşalüləli kolostoma qoyulması

E) düz bağırsağın qarın aralıq ekstirpasiyası
Ədəbiyyat: В.Д.Федоров. Рак прямой кишки. «Медицина», Москва, 1987.
901) Xəstə 57 yaşında, döş qəfəsinin sağ yarısında ağrılar, hərarət, üşütmə, öskürək şikayətləri ilə daxil olmuşdur. Döş qəfəsinin rentgenoqrammasında sağ ağ ciyərin orta payında homogen kölgə müəyyən edilir. Anamnezdən məlum olur ki, son bir ildə həkimlər xəstədə 4 dəfə sağ tərəfli orta payın pnevmoniyası diaqnozu qoymuşlar. Bu halda hansı xəstəlik güman oluna bilər?
A) vərəm

B) ağ ciyərin mərkəzi xərçəngi

C) bronxoektaziya xəstəliyi

D) ağ ciyərin periferik xərçəngi

E) bronxun xərçəngi
Ədəbiyyat: А.Х.Трахтенберг. Рак легкого. «Медицина», Москва, 1987.
902) Xəstə 53 yaşında, baxış zamanı sol süd vəzisi kiçilmiş, deformasiyaya uğramışdır. Dəri örtüyü infiltrasiya edərək qabarlı təbəqəyə çevrilmişdir. Dərinin bəzi yerlərində xoralaşma və qansızma aşkar olunur. Gilə batmışdır, sol qoltuqaltı çuxurda böyümüş, bərkimiş limfa düyünləri əllənir, menopauza. Bu halda hansı müalicə taktikasının seçilməsi məqsədə uyğundur?
A) süd vəzisinin amputasiyası + kimyaterapiya

B) şüa terapiyası

C) kombinə olunmuş müalicə

D) genişləndirilmiş radikal mastektomiya

E) kimyaterapiya + hormonal müalicə
Ədəbiyyat: Е.А.Колосов, А.Г.Захарян. Рецидивы злокачественных опухолей и прогноз для больных. Киров, 1995. Н.Н.Трапезников, В.П.Летягин, Д.А.Алиев. Лечение опухолей молочной железы. «Медицина», Москва, 1989.


Yüklə 210,2 Kb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin