294) Qida borusunun dərin yanığına səbəb nə ola bilər?
A) Qələvi məhlulu
B) Turşu məhlulu
C) İsti su
D) Spirt
E) Fosfor preparatı
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
295) Mədənin kardial hissəsinin xərçəngində radikal müalicə hansı sayılır?
A) Kimyəvi terapiya
B) Cərrahi müalicə
C) Şua terapiyası
D) Kombinə olunmuş müalicə
E) Şişin elektrokoaqulyasiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
296) «Diaqnostik torakotomiya» aşağıdakılardan hansısını nəzərdə tutur?
A) Torakotomiya, ağ ciyərin, plevral boşluğun reviziyası və prosesin operabelliyi və ya rezektabelliyi məsələsinin həlli
B) Torakotomiya, plevral boşluğun, ağ ciyərin reviziyası və morfoloji tədqiqat üçün materialın götürülməsi
C) Torakotomiya, dərhal icra olunacaq əməliyyatın həcmini dəqiqləşdirmək məqsədi ilə ekspress-morfoloji tədqiqat üçün materialın götürülməsi
D) Torakotomiya, plevral boşluğun, ağ ciyərin, divararalığının, diafraqmanın reviziyası
E) «Kiçik» torakotomiya və morfoloji tədqiqat üçün materialın götürülməsi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
297) Diafraqmanın cırılması ilə torakoabdominal yaralanma diaqnozu aşağıdakı hansı müştərək müayinələr aparıldıqda daha böyük ehtimalla qoyula bilər?
A) Torakoskopiya və laparoskopiya
B) Laparoskopiya, qarın boşluğunun və döş qəfəsinin USM-i
C) Qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası, qarın boşluğunun və döş qəfəsinin USM-i
D) Torakoskopiya və döş qəfəsi orqanlarının rentgenoqrafiyası
E) Diaqnostik pnevmoperitoneum, qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
298) Prosesin patogenezinə əsaslanaraq ağ ciyərin ocaqlı vərəmində seçim əməliyyatı hansıdır?
A) Ağ ciyərin tipik seqmentar və biseqmentar rezeksiyası
B) Plevrolobektomiya
C) Lobektomiya
D) Mediastinal limfonodulektomiya ilə aparılan lobektomiya
E) Ağ ciyərin atipik rezeksiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |