444) Hamilə qadınlara appendektomiyadan sonra nə məsləhət görülməlidir?
A) Hamiləliyin pozulmasının qarşısını almaq üçün tədbirlərin görülməsi, prozerin və hipertonik imalədən qəti imtina etmək
B) Əməliyyatdan sonra 6 ay yataq rejimi
C) Mədənin 3 gün müddətində zondla yuyulması
D) Tez - tez peritoneal dializin tətbiqi
E) Qarın boşluğunda tamponların uzun müddət saxlanması
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
445) Kəskin fleqmonoz appendisitə görə appendektomiya əməliyyatı keçirmiş 39 yaşlı xəstədə iki gün sonra bağırsaqlarda parez, üşütmə, qarının sağ yarısında ağrı, qaraciyərin böyüməsi və sarılıq aşkarlanmışdır. Hansı fəsadın inkişaf etdiyini göstərin:
A) Qapı venasının pileflebiti
B) Qaraciyərin absesi
C) Qaraciyəraltı abses
D) Obstruktiv xolangit
E) Diafraqmaaltı abses
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Dostları ilə paylaş: |