726) Aşağıdakılardan hansı aşağı ətraf damarlarının obliterasiyaedici endarteriitinin cərrahi müalicəsinin seçim metodu deyil?
A) Ətraf arteriyalarının autovenoz şuntlanması
B) Böyük dərialtı venanın bağlanması
C) Bel simpatektomiyası
D) Endarterektomiya, yan autovenoz plastika ilə
E) Arteriyaların daralmış sahələrinin rezeksiyası və onların auto- və allotransplantatla əvəz olunması
Ədəbiyyat: А.А.Вишневский, Н.И.Краковский, В.Я.Золоторевский. Облетирирующие заболевания артерий конечностей. “Медицина", Москва, 1972. с.246
727) Qeyd olunanlardan hansı ürəyin zədələnməsinin birbaşa rentgenoloji simptomlarına aid deyil?
A) Sol plevral boşluqda mayenin olması
B) Ürəyin pulsasiyasının dəyişməsi
C) Ürək sərhədinin genişlənməsi, ürək halqalarının hamarlanması, ürək kölgəsinin intensivliyinin çoxalması
D) Ürəyin ölçülərinin böyüməsi, ürək kölgəsi v perikard arasında mayenin horizontal səviyyəsi
E) Ürək kölgəsi və perikard arasında hava zolağının olması
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. «Медицина», Москва, 1981. с.286.
Dostları ilə paylaş: |