Ümumi cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Sayılan göstəricilərdən hansı baş beyin silkələnməsinə xarakterikdir



Yüklə 210,2 Kb.
səhifə338/340
tarix02.01.2022
ölçüsü210,2 Kb.
#1375
növüРуководство
1   ...   332   333   334   335   336   337   338   339   340
924) Sayılan göstəricilərdən hansı baş beyin silkələnməsinə xarakterikdir:

1. Huşun itirilməsi

2. Anizokoriya

3. Ürəkbulanma və qusma

4. Üfüqi nistaqm

5. Bradikardiya
A) 2, 4, 5

B) 1, 3, 5

C) 1, 3, 4

D) 2, 3, 5

E) 1, 2, 4
Ədəbiyyat: Лебедев В. В. , Быковников Л. Д. Руководство по неотложной нейрохирургии. - М.: Медицина, 1987.
925) Baş beyinin sıxılma sindromunu təsdiq edən diaqnostik tədbirlər:

1. Kranioqrafiya

2. Axırıncı sisternin punksiyası

3. Meninqoexoskopiya

4. Kompyuter tomoqrafiyası

5. Onurğa beynin punksiyası
A) 1, 3, 5

B) 2, 4, 5

C) 2, 3, 5

D) 1, 2, 4

E) 1, 3, 4
Ədəbiyyat: В.В.Лебедев, Л.Д.Быковников. Руководство по неотложной нейрохирургии. «Медицина», Москва, 1987.
926) Sadalanan əməliyyatlardan hansı mədə və 12 barmaq bağırsaq xora xəstəliyinin müalicəsində təcili göstərişə əsasən aparılır?
A) Kötük vaqotomiyası, piloroplastika ilə

B) Bilrot-I üsulu ilə mədə rezeksiyası

C) Bilrot-II üsulu ilə mədə rezeksiyası

D) Selektiv proksimal vaqotomiya

E) Perforativ xoranın gözənməsi
Ədəbiyyat: М.И. Кузин. Хирургические болезни. «Медицина», Москва, 1995.
927) Əməliyyatdan sonrakı dövrdə aşağı ətraflarda flebotrombozun baş verməsinin əsas qorxusu nədir?
A) Ayaqların qanqrenası

B) Ağ ciyər arteriyasının trombemboliyası

C) Dərialtı venaların varikoz genişlənməsi

D) Beyin damarlarının emboliyası

E) Əməliyyatdan sonrakı pnevmoniya
Ədəbiyyat: Т.П.Макаренко, Л.Г.Харитонов, А.В.Богданов. Ведение больных общехирургического профиля в послеоперационном периоде. «Медицина», Москва, 1989. с.350
928) Böyrəklərin və qarın daxili üzvlərin müştərək travması zamanı nefrektomiyaya mütləq (tam) göstərişdir:
A) Geniş peritonarxası hematoma

B) Ləyənin cırılması

C) Böyrəyin əzilib parçalanması

D) Subkapsulyar hematoma

E) Böyrəyin aşağı qütbünün cırılması
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997.
929) Əməliyyatdan sonrakı dövrdə trombembolik ağırlaşmaların profilaktikası aşağıda qeyd olunanların hamısının məcmusudur bundan başqa:
A) Aşağı ətrafların əməliyyatdan əvvəl və sonra elastiki bintlə bintlənməsi

B) Müalicə gimnastikası və adekvat ağrısızlaşdırma

C) Düz təsirli antikoaqulyantlar

D) Dezaqreqantlar

E) Ciddi yataq rejimi
Ədəbiyyat: Т.П.Макаренко, Л.Г.Харитонов, А.В.Богданов. Ведение больных общехирургического профиля в послеоперационном периоде. «Медицина», Москва, 1989.
930) Anamnezində qanaxma ilə ağırlaşma olmuş 12 barmaq bağırsaq xorasında əməliyyat önü dövrdə qanköçürməyə göstəriş sayılır:
A) İmmunokorreksiyanın vacibliyi

B) İntoksikasiya

C) Aşkar görsənən anemiya

D) Qan yaranmasını stimulə etmək vacibliyi

E) Hepatit.
Ədəbiyyat: М.И. Кузин. Хирургические болезни. «Медицина», Москва, 1995.
931) Piylənmədən əziyyət çəkən, əməliyyata məruz qalmış xəstədə daha çox hansı fəsadın baş verməsini gözləmək olar?
A) Ağ ciyər ağırlaşmaları (atelektazlar)

B) Piy emboliyası

C) Piy toxumasında anestetiklərin kumulyasiyası

D) Elektrolitlər pozğunluğu

E) Arterial təzyiqin düşməsi
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999
932) 4 gün əvvəl mədənin perforativ dəliyinin gözənməsindən sonra, ağ ciyərin emfizemasından əziyyət çəkən xəstədə spontan pnevmotoraks baş verib. Pnevmotoraksın ləğvi və plevral boşluğun drenləşdirilməsi üçün ən əlverişli sahə hansıdır?
A) Orta körpücük xətti üzrə V qabırğaarası sahə

B) Arxa aksilyar xətt üzrə VIII qabırğaarası sahə

C) Orta körpücük xətti üzrə II qabırğaarası sahə

D) Ön qoltuqaltı xətt üzrə IV qabırğaarası sahə

E) Ön aksilyar xətt üzrə VII qabırğaarası sahə
Ədəbiyyat: В.В.Кованов. Оперативная хирургия и топографическая анатомия. «Медицина», Москва, 1995.


Yüklə 210,2 Kb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin