643) Aşağıdakı hansı ifadə mədə xərçənginə aid edilmir?
A) Ekzo-endofit xərçəng
B) Şnitsler metastazı
C) Xorioid karsinoma
D) Adenokarsinoma
E) Krükenberq metastazı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
644) Hansı patologiya yoğun bağırsağın prekanserogen xəstəliyi hesab edilir?
A) Yoğun bağırsağın sarkoması
B) Kolorektal adenokarsinoma
C) Xroniki appendisit
D) Qeyri-spesifik xoralı kolit
E) Dizenteriya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
645) Aşağıdakı hansı metastaz mədə xərçənginin retroqrad limfogen metastazlarına aiddir?
A) Mədənin arxa tərəfindəki limfa düyünlərinə metastaz
B) Ağ ciyərə metastaz
C) Şnitsler metastazı
D) Şternberq metastazı
E) Qara ciyərə metastaz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |