745) Süd vəzlərində döş giləsinin və areolanın xərçəngi necə adlanır?
A) Angviləbənzər xərçəng
B) İnfiltrativ ekstratubulyar (axacaqdankənar) xərçəng
C) Məməcikli xərçəng
D) Pecet xəstəliyi
E) Areolanın karsinomatozu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
746) Hamiləlik toksikozu başqa adla necə adlandırılır?
A) Beçəxor (Mola hydatidosa)
B) Hestoz
C) Mastopatiya
D) Hamiləlik neyropatiyası
E) Hamiləlik endometriozu (və ya qravidar hestoz)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
747) Aşağıdakı hansı dəyişiklik süd vəzlərinin Pecet xəstəliyi üçün xarakter xüsusiyyət hesab edilir?
A) Paralel olaraq həmin süd vəzində mazoplaziyanın olması (Pecet xəstəliyinin məhz mazoplaziya fonunda inkişafı)
B) Xəstəliyin ilk dövrlərindən etibarən həmin tərəfin qoltuqaltı limfa düyünlərinə retroqrad limfogen Virxov metastazlarının verilməsi
C) Dermada (xüsusi dəridə) iri və parlaq atipik hüceyrələrin – Pecet hüceyrələrinin aşkar edilməsi
D) Yumurtalıqlara və uşaqlığın selikli qişasına Krükenberq metastazlarının olması
E) Döş giləsinin və areolanın epidermisində xarakter Pecet hüceyrələrinin olması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
748) Uşaqlığın selikli qişa fraqmentləri dəqiq hüdudlara malik, kiçik ölçülü yuvacıqlar və ya adacıqlar şəklində miometriumun dərin qatlarında da görünür. Bu hansı patologiyadır?
A) Selikli qişanın xoşxassəli şişinin miometriuma invaziyası
B) Uşaqlığın selikli qişasının dishormonal hiperplaziyası
C) Xoşxassəli beçəxor
D) Bu dəyişiklik ümumiyyətlə patologiya sayılmır (normada fizioloji olaraq hamiləliyin birinci trimestrində rast gəlinir)
E) Adenomioz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |