138) Aşağıdakı hansı patologiya nekrozun klinik-morfoloji formalarından biridir?
A) Koaqulyasiya
B) Paranekroz
C) İnfarkt
D) Kariopiknoz
E) Maserasiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
139) Hansı patoloji proses etio-patogenezinə görə trofonevrotik nekroz hesab edilir?
A) Yataq yarası
B) Sıyrıq
C) Spesifik xoralı kolit
D) Hipertonik kriz zamanı arteriolların divarında fibrinoid nekroz
E) Böyrəyin infarktı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
140) Baş beynin kollikvasion nekrozu nə ilə nəticələnir?
A) Çapıq toxumasının əmələ gəlməsi ilə
B) Miomalyasiya ilə
C) Hidronefrozla
D) Digər beyin yarımkürəsində reaktiv qansızma ilə
E) Kistanın əmələ gəlməsi ilə
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
141) Aşağıdakı hansı patoloji proseslər nekrozun klinik-morfoloji formalarına aiddirlər?
A) Trofonevrotik nekroz, qanqrena, maserasiya
B) Quru qanqrena, allergik nekroz, koaqulyasion nekroz
C) Koaqulyasion nekroz, toksiki nekroz, angiogen nekroz
D) Qanqrena, infarkt, sekvestr
E) İnfarkt, toksiki nekroz, kollikvasion nekroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
Dostları ilə paylaş: |