155) İnfarktın forması nədən asılıdır?
A) Üzvün angioarxitektonikasından
B) Mənfəzi tutulmuş damarın kalibrindən
C) Mənfəzi tutulmuş damarın tipindən
D) İnfarkt olmuş nahiyənin üzvün səthində və ya dərinliyində yerləşməsindən
E) Üzvün histoarxitektonikasından
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
156) İnfarktın növü hansıdır?
A) Qırmızı infarkt
B) Qanqrenoz infarkt
C) Xroniki infarkt
D) Angiogen infarkt
E) Aseptik infarkt
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
157) Autoliz prosesi nəyin təsirindən baş verir?
A) Toxuma fermentlərinin təsiri ilə
B) Çürümə bakteriyalarının təsiri ilə
C) Saprofit mikroorqanizmlərin təsirindən
D) Patogen mikroorqanizmlərin təsiri ilə
E) Anaerob mikroorqanizmlərin təsiri ilə
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
158) Miokard infarktından ölmüş xəstənin meyiti ölümdən 2 sutka sonra müayinə edilir. Bütün üzv və toxumalarda autoliz prosesi getmişdir. Belə halda miokardda infarkt ocağını autoliz sahələrindən diferensiasiya etmək üçün aşağıdakı hansı əlamətdən istifadə etmək olar?
A) Demarkasiya zonası
B) Paralitik genişlənmiş damarlar
C) Kariopiknoz
D) Kardiomiositlərin nüvələrinin boyanmaması
E) Karioreksis
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |