257) T-helper limfositlər başqa adla necə adlanır?
A) CD8
B) “Köməkçi makrofaqlar”
C) Plazmositlər
D) CD4
E) T-supressorlar
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
258) Spesifik hüceyrə immun reaksiyası hansı hüceyrələr tərəfindən həyata keçirilir?
A) Retikulositlər
B) Makrofaqlar
C) Monositlər
D) Eozinofillər
E) Limfositlər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
259) Aşağıdakı göstərilən hansı patoloji proses ikinci qrup autoimmun xəstəliklər qrupuna aid edilmir?
A) Anafilaktik şok
B) Qudpasçer sindromu
C) Revmatizm
D) Ankilozlaşdırıcı spondilit (Bexterev xəstəliyi)
E) Qırmızı qurdeşənəyi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
260) Göstərilən hansı hallarda ikincili (qazanılmış) immun çatışmazlıq sindromu inkişaf edə bilər?
A) Qoşe xəstəliyi, nekrotik nefroz
B) Kəskin qastrit, Bruton sindromu
C) Di-Corc sindromu, Nezelof sindromu
D) Şüa müalicələri, leykozlar
E) IgA-nefropatiya, kolloid zob
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
261) Aşağıdakı hansı patologiya immun sistemin yüksək həssaslıq reaksiyalarına aid deyildir?
A) Anafilaktik reaksiya
B) Effektor hüceyrə reaksiyası
C) İmmunkompleks reaksiyası
D) İkincili (aktiv) immun reaksiya
E) Sitotoksik reaksiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
262) Hansı patoloji proses birincili hüceyrə immuniteti çatışmazlığı sindromlarına aid edilir?
A) Di-Corc sindromu
B) Timusun aksidental involyusiyası
C) İİV-infeksiya (qazanılmış immun çatışmazlıq sindromu)
D) Bruton sindromu
E) Vest sindromu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
263) Göstərilən hansı xəstəlik birincili humoral immunitet çatışmazlığı sindromlarına aiddir?
A) Timus birincili yaş involyusiyası
B) Di-Corc sindromu
C) Timusun hiperplaziyası sindromu ("timiko-limfatik vəziyyət")
D) Bruton sindromu
E) İİV-infeksiya (QİÇS)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |