Ümumi hissə I böLMƏ Ümumi müddəalar


Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma



Yüklə 329,99 Kb.
səhifə225/392
tarix26.12.2016
ölçüsü329,99 Kb.
#3707
1   ...   221   222   223   224   225   226   227   228   ...   392
Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma

 

328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-



on manat məbləğində cərimə edilir.

328.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-

əlli manat məbləğində cərimə edilir.

328.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-

yüz əlli manat məbləğində cərimə edilir.

328.4. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə-

iki yüz əlli manat məbləğində cərimə edilir.

 

Maddə 329. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması

 

329.1. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -



qırx manat məbləğində cərimə edilir.

329.2. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə -

qırx manat məbləğində cərimə edilir.

329.3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-

otuz manat məbləğində cərimə edilir.

Qeyd: Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş bu Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanın gün ərzində təkrar törədilməsinə görə şəxs bu Məcəllənin 122 və 123-cü maddələrində müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu, həmin xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması hallarını istisna etmir.[22]

 


Yüklə 329,99 Kb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   392




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin