Maddə 439. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial, maliyyə və bank statistikası hesabatlarının təqdim edilməsi qaydalarının pozulması
439.1. Bank statistikası hesabatlarının müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə-
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.[61]
439.2. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial hesabatların müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, maliyyə hesabatlarının isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə[62] -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
Dostları ilə paylaş: |