Ümumi hissə I böLMƏ Ümumi müddəalar


Maddə 105. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi



Yüklə 329,99 Kb.
səhifə84/392
tarix26.12.2016
ölçüsü329,99 Kb.
#3707
1   ...   80   81   82   83   84   85   86   87   ...   392
Maddə 105. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi

 

105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.



105.2. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir.

 

FƏSİL 15



 

İnzibati xəta haqqında işlərə baxılması

 

Maddə 106. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması

 

106.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:



106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi;

106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu;

106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;

106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu;

106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı;

106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı;

106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı.

 


Yüklə 329,99 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   392




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin