Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə9/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   5   6   7   8   9   10   11   12   ...   128
2 5379791321034655986

Toxuma determinasiyası (latınca determinare – “müəyyənləşdirmə”) rüşeymin toxuma strukturalrının yalnız müəyyən istiqamətdə inkişaf etmək xüsusiyyətidir. Nəticədə toxuma quruluşlar ının spesifikliyi meydana çıxır. Determinasiya irsi və xarici mühit amillərinin qarşılıqlı təsiri əsasında baş verir. Lakin bununla yana şı xarici və daxili amillərin təsiri altında (məs.: eksperimental şəraitdə) rüşeymin yeni xüsusiyyətlər əldə etməsi də mümkündür.

İnteqrasiya (latınca integer – “tam”, integratio – “bərpa”) orqanizmin bütün hissələrinin birləşərək onun tamlığını təmin etməsinə deyilir. Tarixi inkişaf prosesində toxumalar ın meydana çıxması mürəkkəb orqanizmlərin inteqrasiyasını daha da möhkəmləndirir. Sinir toxumasının meydana çıxması orqanizmin yüksək inteqrasiyasına imkan yaratmışdır. Tam orqanizm inteqrasiyası əsasında onun strukturlarının inteqrasiyası baş verir: məs.: hüceyrələ rin inteqrasiyası, yəni onların tam bir sistemdə birləşməsi, aralarında qarşılıqlı rabitənin yaranması. Belə xüsusiyyətlər tam orqanizmin vəhdətinə müvafiq olaraq inkişaf prosesində meydana çıxır.

Beləliklə, toxumalar istər filogenetik inkişaf prosesində və istərsə də embriogenez prosesində müəyyənləşmiş və tam orqanizmə uyğunlaş mışdır. Bütün bu proseslər tam orqanizmin onu əhatə edən ətraf mühitlə qarşılıqlı rabitəsi şəraitində baş vermişdir. Deməli, toxumaların inkişafı (histogenez) prosesi orqanizmlərin tarixi (təkamülü) inkişafı ilə əlaqədardır.


Deyilə nlərə yekun vuraraq toxumaya belə tərif vermək olar: toxuma tarixi inkişaf prosesində (filogenetik olaraq) meydana çıxmış ümumi quruluşa malik hüceyrəvi və qeyri-hüceyrəvi strukturlardan ibarət sistem olub, müəyyən funksiyaları icra etmək üçün ixtisaslaşmışdır.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin