Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi


(“Azərbaycan” qəzeti, 21 iyul 2019-cu il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1199)



Yüklə 109,56 Kb.
səhifə27/36
tarix06.07.2022
ölçüsü109,56 Kb.
#62670
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   ...   36
01.AZ RES - İNZİBATİ PROSESSUAL MƏCƏLLƏSİ

(“Azərbaycan” qəzeti, 21 iyul 2019-cu il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1199) ilə 3.4, 90.1, 98.2, 98.4, 98.5-ci maddələrdə və 98.6-cı maddənin birinci cümləsində “inzibati-iqtisadi” sözləri “İnzibati” sözü ilə əvəz edilmişdir.
[9] 9 iyul 2019-cu il tarixli 1635-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2019-cu il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1199) ilə 3.8-ci maddədə “inzibati-iqtisadi məhkəmələrin və məhkəmə kollegiyalarının” sözləri “inzibati məhkəmələrin və inzibati kollegiyaların” sözləri ilə əvəz edilmişdir.
[10] 9 iyul 2019-cu il tarixli 1635-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2019-cu il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1199) ilə 4.3-cü maddədən “mübahisələrə dair işlər üzrə” sözləri çıxarılmışdır.
[11] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485) ilə 5-ci maddənin adında və mətnində “İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “İnzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir.
[12] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485) ilə 6-cı maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 6. İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələrdə və ya məhkəmə kollegiyalarında iş bölgüsü planı
6.1. Ali Məhkəmənin plenumu, apellyasiya instansiyası məhkəmələrinin rəyasət heyəti, inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələrin sədrləri müvafiq məhkəmə kollegiyasının və ya məhkəmənin hakimləri sırasından inzibati mübahisələrə dair işlərə baxan hakimləri müəyyən edir və ya məhkəmə tərkiblərini təşkil edir.
6.2. Hakimin və ya məhkəmə tərkibinə daxil olan hakimlərdən hər hansı birinin müvəqqəti olmadığı hallarda onun digər hakimlə əvəz edilməsi üçün ehtiyat hakim məsələsi bu Məcəllənin 6.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əvvəlcədən həll olunur.
6.3. Birdən artıq hakimin müəyyən edildiyi və ya məhkəmə tərkibinin yaradıldığı halda, Ali Məhkəmənin plenumu, apellyasiya instansiyası məhkəmələrinin rəyasət heyəti, inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələrin sədrləri tərəfindən həmin hakimlər və ya məhkəmə tərkibləri arasında inzibati mübahisələrə dair işlərin bölüşdürülməsinin ümumi meyarları işlənib hazırlanır və bu meyarlar əsasında iş bölgüsü planı tərtib olunur.
6.4. Müxtəlif hakimlərin və ya məhkəmə tərkiblərinin icraatında bir-biri ilə predmet əlaqəsində olan inzibati iddialar və ya ərizələr olduğu hallarda, bütün iddialar və ya ərizələr iş bölgüsü planına müvafiq olaraq daha əvvəl işə baxmağa başlamış hakimə və ya məhkəmə tərkibinə verilir.
6.5. Hər növbəti təqvim ili üçün iş bölgüsü planı iş ilinin sonuncu ayının 20-dən gec olmayaraq tərtib olunur. İş bölgüsü planı tərtib olunduğu vaxtdan 3 gün ərzində müvafiq məhkəmənin və ya məhkəmə kollegiyasının hakimlərinə təqdim edilməli və tanış olmaq üçün məhkəmə binasının elanlar lövhəsində asılmalıdır.
6.6. İş bölgüsü planının dəyişdirilməsinə yalnız inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmənin və ya məhkəmə kollegiyasının fəaliyyətinin pozulduğu hallarda yol verilir.

Yüklə 109,56 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin