Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə24/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   ...   20   21   22   23   24   25   26   27   ...   121
Torpaq Mecellesi

sahələrinin verilməsi 

 

Dövlət  müəssisələri,  idarələri  və  təşkilatları  əsas  fəaliyyət  sahəsinə  xələl  gətirmədən 



istifadələrində  olan  torpaqlardan  öz  işlərinə  müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  ilə 

müdiriyyətin  və  həmkarlar  ittifaqı  təşkilatının  qərarı  əsasında  müvəqqəti  istifadəyə  və  icarəyə 

torpaq sahələri verə bilərlər. 

Maddə  65. Torpaq  sahəsinin  planı.  Torpaq  sahəsinin  sərhədlərinin  yerdə  (naturada) 



müəyyən edilməsi 

 

1.  Torpaq  sahəsinin  yerquruluşu  planı  torpaq  sahəsinin müəyyən  miqyasda tərtib  edilmiş  və 



planaalma  aparılan  anda  özündə  ərazinin  bütün  vəziyyətini  (bitki  örtüyü,  çaylar,  yollar  və  digər 

obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 

 

2.  Torpaq  ayrılması  üçün  sahə  seçildikdə  həmin  sahənin  istifadəyə  və  icarəyə  verilməsi 



(satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə 

müəyyən edilir. 




 3. 

Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul 

edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. 

Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında 

aparılır.

[45]

 

 



4.  Qanunvericilikdə  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  xüsusi  mülkiyyətdə  olan  torpaq 

sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin 

hesabına həyata keçirilir. 

 

5.  Torpaq  sahəsinin planı  və  ölçüsünün hazırlanması,  onun  sərhədlərinin  yerə  (naturaya) 



keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və 

yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.



[46]

 

 



6.  Torpaq  sahəsinin  təsdiq  edilmiş  planı  torpaq  sahəsinin  istifadəyə  və  ya  icarəyə  verilməsi 

(satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 

 

7.  Torpaq  sahələrinin  sərhədləri  yerə  (naturaya)  keçirildikdən  sonra  onun  sahəsi  ölçülür  və 



torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 

 

8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, 



istifadəçisinə və ya icarəçisinə verilir. 

 

9.  Torpaq  sahəsinin  ayrı-ayrı  hissələrinin  özgəninkiləşdirilməsi  zamanı  onların  sərhədlərinin 



yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 

Mad


də 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər 

 

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki 



şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında 

bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün 

hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 

müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin 

hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları 

və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 

 2. 

Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna 



olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət 

qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 

4.  alqı-satqı,  istifadə  və  icarə  müqavilələrinin  nümunəvi  formaları  qanunvericiliklə  müəyyən 

olunmuş qaydada təsdiq edilir.

 [47]

 

Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 



 1. 

Torpaq  üzərində  hüquqların  dövlət  qeydiyyatı  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 

daşınmaz əmlakın dövlət reyestrində aparılır. 

[48]


 


(çıxarılıb)

 

[49]



 

 

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, 



habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən 

hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 

 

4.  Torpaq  sahələri  üzərində  qeydiyyatdan  keçməmiş  hüquqların  müdafiəsinə  və 



toxunulmazlığına dövlət təminat vermir. 

Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı 

 

Torpaq  sahələri  üzərində  hüquqlar  torpaq  sahələrinin  sərhədlərinin  yerdə  müəyyən 



edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə 

müqavilənin  bağlanmasından  və  onun  müəyyən  olunmuş  qaydada  dövlət  qeydiyyatından 

keçirilməsindən sonra yaranır. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin