Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi


fəaliyyətini  həyata  keçirmək  məqsədilə  zəruri  tikililərin  inşası  üçün  torpaq  sahələrinin



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə22/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   ...   18   19   20   21   22   23   24   25   ...   121
Torpaq Mecellesi

fəaliyyətini  həyata  keçirmək  məqsədilə  zəruri  tikililərin  inşası  üçün  torpaq  sahələrinin 

verilməsi 

 

1.  Yaşayış  məntəqələrində  bələdiyyələrin  ehtiyat  fondu  torpaqlarından  sahələr  aşağıdakı 



məqsədlər üçün verilir: 

 

kooperativ  çoxmərtəbəli  çoxmənzilli  yaşayış  evlərinin  tikintisi  üçün  mənzil-tikinti 



kooperativlərinin mülkiyyətinə; 

 

fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; 



 

çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi 

şəxslərin mülkiyyətinə; 

[41]

 

 



fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların 

 

kooperativlərinin mülkiyyətinə və ya icarəsinə; 



[42]

 

 



sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün bu Məcəllənin 48-

ci  maddəsinin  3-cü  bəndində  göstərilən hüquqi  və  fiziki  şəxslərin  icarəsinə,  habelə  dəyəri 

ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə. 

[43]

 

 



2.  Ümumi  istifadədə  olan  torpaqlarda  yerləşən  meydan,  küçə,  keçid,  yol  kənarı,  sahil,  park, 

meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər 




yerlərdə  sahibkarlıq  fəaliyyətini  həyata  keçirmək  məqsədilə  ticarət,  məişət,  ictimai-iaşə 

obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında 

qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. 

 3. 


Kooperativ, habelə digər çoxmənzilli yaşayış evlərinin və qarajların tikintisi məqsədilə ayrılan 

torpaq  sahəsinin  ölçüsü  müvafiq  yaşayış  məntəqəsinin  planlaşdırılması  və  tikinti  layihələrinə, 

habelə tikinti normalarına uyğun olaraq, ayrı-ayrı konkret hallarda bələdiyyə tərəfindən müəyyən 

edilir. 


 

4.  Fərdi  yaşayış  və  bağ  evlərinin,  qarajların,  habelə  sahibkarlıq  fəaliyyətini  həyata  keçirmək 

məqsədilə zəruri obyektlərin tikintisi üçün ayrılan torpaq sahəsinin ölçüsü yerli şəraitdən və torpaq 

ehtiyatı imkanlarından asılı olaraq, bələdiyyə tərəfindən müəyyən edilir. 

Maddə 60. Özəlləşdirilən müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin verilməsinin 

xüsusiyyətləri 

 

1. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, 



özəlləşdirilən müəssisənin  (obyektin) mülkiyyətçisi  kimi  çıxış  edən  Azərbaycan Respublikasının 

hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-

hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə 

bilər. 


 

2. Özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, 

yaxud  xarici  hüquqi  şəxs  olduqda  isə  o,  müvafiq  torpaq  sahəsini  satınalma  hüququ  olmadan 

icarəyə götürə bilər. 

 

3.  Müəssisə  (obyekt)  özəlləşdirilərkən,  onun  yerləşdiyi  torpaq  sahəsinin  qiyməti  həmin 



müəssisənin (obyektin) qiymətindən asılı olmayaraq ayrıca müəyyənləşdirilir. 

Maddə 61. (Çıxarılıb) 

[44]

 

Maddə 62. Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə 




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin