Ugovorna dokumenta


Bakı, AZ 1065, Cəfər Cabbarlı küçəsi 44, Kaspian Plaza 3-cü binası, 15-ci mərtəbə



Yüklə 239,5 Kb.
səhifə2/12
tarix25.12.2016
ölçüsü239,5 Kb.
#3104
1   2   3   4   5   6   7   8   9   ...   12
Bakı, AZ 1065, Cəfər Cabbarlı küçəsi 44, Kaspian Plaza 3-cü binası, 15-ci mərtəbə


    1. Müştəri ümumi müddəalar və onların detalları ilə tanış olmalıdır.




    1. Müştəri qiymətlər təklifini tərtib etdikdə ümumi müddəaların hissələri olan Müqaviləın ümumi, spesifik və maliyyə şərtlərini nəzərə almalıdır.




    1. Bu sənədlərin bir hissəsi olan, Qiymət Sorğusunda göstərilən dərmanlar üçün qiymətlər ƏDV-siz təqdim edilməlidir. Hesablanmış ƏDV faizi ayrıca göstərilməlidir..




    1. Qiymət təklifi, dərmanların qiyməti və başqa məlumatlar tender sənədlərinin komponent hissələrini təşkil edən orijinal sənədlərdə, aydın, pozulmamış, düzəliş edilməmiş və ya qaralanmamış təqdim edilməlidir




    1. Qiymət təklifi möhürlənmiş zərfdə 25 iyun 2012-ci il tarixdə, saat 17:00 dək “Uşaqların Xilası” təşkilatının ofisinə təqdim edilməlidir.




    1. Tamamlanmamış və nəzərdə tutulmamış vaxtdan sonra təqdim olunan Qiymət təklifləri nəzərə alınmayacaq.




    1. Tender komissiyası qiymət təkliflərinin açılması prosesində qiymət təkliflərinin aşağıdakı detallarını dəqiq müəyyənləşdirəcək:

• əgər qiymət təklifi tamamlanmış və bütün qoşmalar lazımi qaydada doldurulmuşsa


• təklif olunmuş qiymətlər


    1. Tender komissiyası seçmə prosesində aşağıdakı komponentləri nəzərə alacaq:

• təklif olunmuş qiymətlər və onların mümkün mənbələrdəki qiymətlərlə müqayisəsi


• müştərilərin əvvəllər belə işləri həyata keçirməsi
• müştərinin xidmət təklif etmək bacarığı
• müştərinin təklif şərtlərini yerinə yetirmək bacarığı
• ödəniş şərtləri
Uşaqların Xilası”təşkilatı öz şəxsi seçimi əsasında müştərini seçmək hüququna malikdir və öz seçimininin səbəbləri haqqında açıq-aşkar izah və ya məlumat vermək iqtidarında deyil
“Uşaqların Xilası” təşkilatı bütün qiymət təkliflərindən imtina edə bilər:
• əgər təklif olunan qiymətlər tender sənədlərindəki şərtləri yerinə yetirməzsə
• əgər, təklif olunan qiymətlər mümkün mənbələrdəki qiymətlərdən yuxarı olarsa
Belə hallarda “Uşaqların Xilası” təşkilatı tenderi uğursuz hesab edir.


    1. Əgər ehtiyac olarsa, “Uşaqların Xilası” təşkilatı təqdim olunmuş ümumi müddəalara lazımi dəyişikliklər edə bilər.




    1. Müştərilərə, qiymət təkliflərini təqdim edib etməməsindən asılı olmayaraq tender sənədləşmələri haqqında məlumatların başqa tərəflərə verilməsinə icazə verilmir.




    1. “Uşaqların Xilası” təşkilatı öz tender komissiyası ilə bütün qiymət təkliflərini qiymətləndirəcək, ən yaxşı təklif seçiləcək və seçilmiş müştəriyə mümkün qədər tez məlumat veriləcək




    1. Qiymət təklifi aşağıdakılardan ibarət olmalıdır:




  1. Aptekin möhürü ilə təsdiq edilən Müqavilə Şərtləri ilə birlikdə original sənəddə doldurulmuş:

Qoşma 1 – Qiymət təklifi

Qoşma 2 – İşçi heyətinin strukturu

Qoşma 3 – Qiymət sorğusu




  1. Müştəri həmçinin aşağıdakıları təqdim etməlidir:




    • Aptekin qeydiyyat şəhadətnaməsinin surətini

    • Səhiyyə Nazirliyi tərəfindən verilmiş etibarlı lisenziyanın (icazə) surətini

    • Qiymət siyahısı, əgər mümkündürsə




  1. Yüklə 239,5 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin