2.Eksperiment metodu-müşahidədən fərqli olaraq nisbətən qısa müddətdə daha dəqiq nəticələr əldə etməyə imkan verir. Eksperimen metodu qusurları aradan qaldırmaq məqsədilə istifadə olunur. Belə ki, qarşıya qoyulmuş məqsədə müvafiq olaraq istənilən psixi proses bilərəkdən, müəyyən məqsəd əsasında yaradılıb öyrənilir. Eksperiment metodu laborator və təbii olmaqla iki növdə aparılır. Laborator eksperiment adətən laboratoriyada və ya xüsusi otaqlarda aparılır. Təbii eksperiment isə adi şəraitdə, məktəbdə, oyun və ya fəaliyyət prosesində aparılır.