6. Psixi inkişaf və ünsiyyət
Plan:
1. Uşağın inkişafında ünsiyyətin rolu
2. Ailədaxili və ailədənkənar ünsiyyət
3. Məktəbəqədər yaşlı uşaqların ünsiyyəti
4. Pedaqoji ünsiyyətin əhəmiyyəti
Ünsiyyət mürəkkəb və çoxcəhətli bir proses olub, insanlar arasında əlaqələrin yaranmasında və inkişafında, onların birgə fəaliyyətində, informasiya mübadiləsində, həmçinin bir-birini qavramasında mühüm əhəmiyyətə malikdir. Uşağın inkişafında, o cümlədən şəxsiyyətin formalaşmasında ünsiyyət mühüm rol oynayır. Ümumiyyətlə, nəinki uşaqlar, hətta böyük adamlar da uzun müddət tənha qaldıqda, ünsiyyətdə olmadıqda, insanlardan təcrid şəraitində yaşadıqda onların psixikasında dəyişiklik, sarsıntı baş verir. Ünsiyyət zamanı isə uşaqlar bir-birinə qarşılıqlı təsir göstərir, əlaqəyə girir, əməkdaşlıq edir və bir-birini anlayıb başa düşürlər. Uşağın psixikası əməli ünsiyyətdə formalaşmağa başlayır. Ünsiyyət zamanı o, özünün və başqalarının hərəkətlərini, rəftarını təhlil etməyi öyrənir, sosial psixoloji təcrübəyə yiyələnir, mənəvi cəhətdən zənginləşir, onda psixi sağlamlıq, xoş əhval yaranır.
Psixoloqlar insanlar arasında ünsiyyətin üç əsas səviyyəsini fərqləndirirlər.
1.Ünsiyyət şəxsiyyətin həyat tərzinin mühüm cəhəti kimi özünü göstərir. Bu səviyyədə şəxsiyyət müəyyən qaydaları, ənənələri, başqa adamlarla ünsiyyət normalarını nəzərə almalı olur.
Dostları ilə paylaş: |