Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Öyrənmə və mənimsəmənin psixoloji məsələləri



Yüklə 277,04 Kb.
səhifə210/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   206   207   208   209   210   211   212   213   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

10. Öyrənmə və mənimsəmənin psixoloji məsələləri.

Plan:

1. Öyrənməyə qabillik problemi

2. Öyrənmənin daxili amilləri

3. Öyrənmənin xarici amilləri

4. Motiv və motivasiya

5. Təlimin inkişafetdirici və tərbiyəedici funksiyaları

Öyrənmənin müvəffəqiyyətini müəyyən edən amillər şagirdlərin öyrənməyə qabilliyində, öyrənmənin daxili və xarici amilləri kimi təzahür edir. Həmin cəhətləri qısaca nəzərdən keçirək.



Öyrənməyə qabillik problemi şagirdlərin geridə qalma, mənimsəyə bilməmək səbəblərini aşkara çıxarmaqla əlaqədar meydana çıxan problemdir. Həmin anlayış altında şagirdlərin bilikləri və təlim fəaliyyətini mənimsəməyə nə dərəcədə həssas, qabil olduqları nəzərdə tutulmuşdur. Öyrənməyə qabilliyi şagirdin əqli inkişafı ilə qarışdırmaq olmaz. Yüksək əqli inkişaf səviyyəsinə malik olan adamda bəzən öyrənməyə qabilliyin aşağı səviyyədə olduğunu müşahidə etmək mümkündür. Yaş artdıqca əqli inkişaf yüksək səviyyəyə qalxa bildiyi halda, öyrənməyə qabillik uzun müddət az və ya çox dərəcədə öz sabitliyini saxlaya bilir. Deməli, öyrənməyə qabillik insanın təlim prosesində bilik, bacarıq və vərdişləri mənimsəməsinin sürət və keyfiyyətinin fərdi göstəricisindən ibarətdir.

Öyrənməyə qabilliyi zəif olan şagirdlərlə müqayisəli təhlil tələb edən mümarisələrin aparılması daha faydalıdır. Müəllim elə bir şərait yaratmalıdır ki, hər bir şagird orada özünü göstərə bilsin, müəllim isə şagirdləri hər bir müvəffəqiyyətinə görə rəğbətləndirsin. Şagirdlərə verilən tapşırıqlar içərisində elələri də olmalıdır ki, şagirdlər müstəqil şəkildə asanlıqla yerinə yetirə bilsinlər. Belə olduqda, şagirdlərdə müstəqil işləri yerinə yetirməyə qarşı müsbət münasibətin formalaşması imkanı yaranır.

Öyrənmənin daxili amillərinə diqqəti və ustanovkanı aid etmək olar. Təcrübə göstərir ki, müəllim dərsdə şagirdlərin diqqətini təşkil etməyi bacarmasa heç bir informasiyanı mənimsədə bilməz. Ona görə də diqqət öyrənmənin müvəffəqiyyətini təmin edən ən mühüm daxili amillərdən biri kimi özünü göstərir. Təlim fəaliyyətində diqqətin oynadığı rolunu nəzərə alaraq K.D.Uşinski deyirdi: “Diqqət ruhumuzun elə bir yeganə qapısıdır ki, şüurumuzda olan hər bir şey mütləq buradan keçir. Ona görə də şagirdləri təlim prosesində həmin qapını açıq saxlamağa alışdırmaq lazımdır.” Ustanovka isə tələbatı müəyyən tərzdə təmin etməyə hazırlıq başa düşülür. Ustanovkanın təlim fəaliyyətində əhəmiyyəti çox böyükdür. Məsələn, iki qrupda eyni material eyni yolla öyrədilmiş, eyni miqdarda təkrar aparılmışdır. Lakin qrupların birinə sorğudan əvvəl təkrara imkan verilməyəcəyi, digər qrupa isə imkan veriləcəyi bildirilmişdir. Nəticədə ikinci qrupda materialı birdəfəlik öyrənmək ustanovkası yaranmamışdır. Öyrənmə ustanovkası qarşıya qoyulan yaddasaxlamanın məqsədi, müddəti, möhkəmliyi və xarakterindən asılıdır.

Öyrənmənin müvəffəqiyyətini təmin edən xarici amillər təlim materiallarının xüsusiyyətləri ilə bağlıdır. Həmin xüsusiyyətlər aşağıdakılardan ibarətdir.



1.Məzmun. Təlim materiallarının əsas məzmununu məlumatlar, anlayışlar, prinsiplər, qaydalar, bacarıq və vərdişlər təşkil edir.

2.Forma. Təlim materialları müxtəlif formada – əşyavi, obrazlı, sözlü və sinvolik şəkildə ifadə edilir.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin