4.Kifayət qədər məhdudluq prinsipi. Bu prinsipə görə məktəbdə şagirdlərin bir şəxsiyyət kimi öyrənilməsinin sistemi yaradılmalıdır. Bu prinsip diaqnostik metodikanı seçməklə bağlıdır. Seçilmiş metodika vaxta qənaət baxımından olduqca qısa və tam olmalıdır ki, diaqnostik işi həyata keçirməyə imkan versin.
5.Qarşılıqlı əlaqə prinsipi.Bu prinsipə görə psixoloq, müəllim və məktəb rəhbərlərinin fəaliyyəti təkcə onların fəallıq dərəcəsi ilə məhdudlaşmamalı, onların qarşılıqlı əlaqəsinə yer verilməlidir.