Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə24/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   20   21   22   23   24   25   26   27   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

1.Siqnifikativlik-əşyaları, hərəkəti, vəziyyəti və s. adlandırmaqdır.

2.Kommunikativlik-ünsiyyət deməkdir.

3. Ekspresivlik-hərəkət deməkdir.

Ünsiyyət şəraitindən asılı olaraq nitqin iki növü ayırd edilir.



1.Xarici nitq

2.Daxili nitq

Xarici nitq-şifahi və yazılı olur. Şifahi nitq öz növbəsində monoloji və dialoji olur. Monoloji nitq bir adamın öz fikir və mülahizələrini müntəzəm surətdə şərh etməsidir. Bu halda onun nitqi heç kəs tərəfindən kəsilmir. Bu nitqin rəvan getməsi üçün danışan adamın zəngin söz ehtiyatına malik olması, dilin qayda-qanunlarına mükəmməl yiyələnməsi əsas şərtdir. Dialoji nitq ünsiyyətin ən qədim növü olub, iki və ya bir neçə şəxsin bilavasitə ünsiyyət prosesidir. Nitqin bu növü daha çox insanların birgə əmək fəaliyyəti ilə bağlıdır. Yazılı nitq isə nitqin nisbətən sonralar təşəkkül edən mühüm növüdür. Bu, əsasən görmə qavrayışı üçün nəzərdə tutulan formadır. Yazılı nitq psixoloji planda daha çox sərbəstlik dərəcəsinə malikdir. Yazılı nitq daha geniş auditoriya üçün nəzərdə tutulur. Həm də onun köməyi ilə insanlar ümumdünya mədəniyyətinə qoşulurlar.

Daxili nitq-insanın öz-özünə fikirləşməsi, özü ilə danışması prosesidir. Daxili nitq tələffüz edilməyən səssiz nitqdir. Daxili nitqdən xarici nitqə keçmək üçün nitq mədəniyyəti tələb olunur. Nitq mədəniyyəti inkişaf etməmiş adamlar özləri üçün aydın olan fikri başqaları üçün ifadə etməkdə çətinlik çəkirlər. Bunun başqa səbəbi də ola bilər. Bəzən fikir insanın özü üçün lazımi qədər aydın olmur. Fikri özü üçün ətraflı aydınlaşdırmadan onu başqası üçün izah etmək istədikdə də adam məntiqsiz, dolaşıq tərzdə danışır.

Nitqin aydın, anlaşıqlı olması bir sıra nitq xüsusiyyətlərindən asılıdır.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin