ÜMUMİ SƏHİYYƏ
ƏSaS SUallar
ÜMUMi dövlƏt SƏHiYYƏ proqraMi nƏ zaMan başlaYacaqdir?
Ümumi dövlət səhiyyə proqramı 28 fevral 2013-cü il tarixindən qüvvədə olacaqdır.
İStifadƏçilƏr kiMdir?
Dövlət sığorta proqramlarının istifadəçiləri (Gürcüstan hökumətinin 218 №-li və 165
№-li qərarlarının istifadəçiləri), 28 fevral 2013-cü il tarixli vəziyyətlə özəl sığorta sx-
emlərinə qoşulmuş şəxslər və həbs və azadlıqdan məhrumetmə müəssisələrində olan
müttəhim/məhkum olan şəxslər istisna olmaqla, ümumi dövlət səhiyyə proqramının
istifadəçiləri Gürcüstan vətəndaşlığını təsdiq edən sənədə, neytral şəxsiyyət və-
siqəsinə, neytral gediş-gəliş sənədinə malik olan şəxslər və Gürcüstanda statusa malik
vətəndaşlığı olmayan şəxslərdir.
HƏMin proqraMda HanSi MÜƏSSiSƏ iştirak edƏcƏkdir?
Həmin fəaliyyət üçün qanunvericiliklə müəyyən edilmiş tələbləri təmin edən, pro-
qramda iştirak etmək istəyini bildirən, proqramın şərtləri ilə razılaşan və müəyyən
edilmiş qaydada sosial xidmət agentliyinin proqramında iştirak etmək istəyini yazılı
şəkildə təsdiq edən istənilən tibb müəssisəsi.
ÜMUMi dövlƏt SƏHiYYƏ proqraMi HanSi xidMƏtlƏri
ƏHatƏ edir?
Proqramla nəzərdə tutulan xidmət aşağıdakıları əhatə edir: (a) planlı ambulator, (b)
təxirəsalınmaz ambulator və (c) təxirəsalınmaz stasionar müalicə.
ÜMUMi dövlƏt SƏHiYYƏ
proqraMi
dövlƏt tƏrƏfindƏn MaliYYƏlƏşdirilMiş digƏr proqraMlar
davaM etdirilƏcƏkdirMi?
Aşağıdakı proqramların maliyyələşdirilməsi davam etdiriləcəkdir:
•
xəstəliklərin erkən aşkar edilməsi və skrininqi;
•
immunizasiya;
•
uşaqların onkohematoloji xidməti;
•
infeksion xəstəliklərin idarə edilməsi;
•
psixiki sağlamlıq;
•
analar və uşaqların sağlamlığı;
•
diabetin idarə edilməsi;
•
vərəmin idarə edilməsi;
•
HİV-infeksiya/QİÇS;
•
narkomaniya;
•
dializ və böyrək transplantasiyası;
•
inkurabel xəstələrə paliatik qayğının göstərilməsi;
•
nadir xəstəlikləri olan və daimi əvəzləşdirici müalicəyə tabe olan xəstələrin
müalicəsi;
•
təcili təxirəsalınmaz yardım və tibbi nəqletmə;
•
kənd həkimi;
•
referal xidmət;
•
hərbi qüvvələrə çağırılacaq vətəndaşların tibbi yoxlanışı;
•
epidnəzarət proqramı;
•
təhlükəsiz qan;
•
peşə xəstəliklərinin prevensiyası.
www.moh.gov.ge
Tbilisi, Akaki Sereteli prospekti 144, 0119
qaynar xətt: 1505
el-poçt: info@moh.gov.ge;
www.moh.gov.ge
Ümumi səhiyyə proqramı ilə nəzərdə tutulan təxirəsalınmaz ambulator və
stasionar xidmətlərinin tam siyahısı Gürcüstan hökumətinin 21 fevral 2013-
cü il tarixli 36 №-li qərarı ilə təsdiq edilib və nazirliyin www.moh.gov.ge
veb-səhifəsində əlçatandır.
GÜrcÜSTAn ƏmƏk,
SAğlAmlıQ VƏ
SoSıAl mÜDAfıƏ
nAzırlıyı
ÜMUMİ SƏHİYYƏ
planli aMbUlator xidMƏt nƏlƏri ƏHatƏ edir?
Planlı ambulator xidmət 2 əsas bloku nəzərdə tutur:
(1) ailə və ya məhəllə həkiminin və tibb bacısının xidməti, hansı ki, öz növbəsində
aşağıdakıları əhatə edir:
•
milli təqvimlə nəzərdə tutulan profilaktik peyvəndlər;
•
tibbi zərurətdən irəli gələrək;
•
xəstəliklərin idarə edilməsi və referal;
•
ekspres diaqnostika metodu ilə laborator müayinələr (sidik təhlili, periferiya qa-
nında qlükoza);
•
elektrokardioqrafiya;
•
tibbi arayış və reseptlərin verilməsi (işə başlama ilə əlaqədar olan, avtomobili
idarə etmək və ya silah almaq icazəsini almaq üçün təqdim ediləcək arayışları
əhatə etmir);
•
evə ziyarət;
(2) Həkimin təyinatı ilə kliniki-laborator müayinələr:
•
ümumi qan təhlili;
•
ümumi sidik təhlili.
ƏHalinin ilkin SƏHiYYƏ MÜƏSSiSƏlƏrindƏ (poliklinikalarda)
qeYdiYYata alinMaSi vƏ qoşUlMaSi necƏ baş verƏcƏkdir?
Ambulator xidməti almaq üçün vətəndaşın hüququ vardır ki, proqramda iştirak edən
ilkin səhiyyə müəssisəsini (poliklinikanı) özü seçsin. Bununla yanaşı, istifadəçi seçilm-
iş tibb müəssisəsini hər iki ayda bir dəfə dəyişdirə bilər.
Proqramda iştirak edən tibb müəssisələri proqram istifadəçilərinin qeydiyyata alın-
masını yalnız istifadəçinin razılığı əsasında həyata keçirməlidirlər. Həmin razılıq isti-
fadəçinin və ya yetkinlik yaşına çatmamış şəxs olduqda – onun qanuni nümayəndəsinin
(valideyn, baba, nənə, bacı, qardaş, qəyyum və ya qayğı göstərən və qanunvericiliklə
müəyyən edilmiş digər qanuni nümayəndə) imzası ilə təsdiq edilməlidir.
İstifadəçi tərəfindən konkret ilkin səhiyyə tibb müəssisəsində qeydiyyata alınma üçün
“razılıq forması” sosial xidmət agentliyi tərəfindən işlənilib və Gürcüstan Əmək,
Sağlamlıq və Sosial müdafiə nazirliyinin www.moh.gov.ge veb-səhifəsində əlçatandır.
Proqramdan istifadə edən şəxsin hüququ vardır ki, yalnız bir poliklinikada/ilkin səhi-
yyə müəssisəsində qeydiyyata alınsın. Qeydiyyat haqqında məlumatlar sosial xidmət
agentliyinin elektron məlumat bazasına daxil olur və ikiqat qeydiyyat təqdirində qey-
diyyat ləğv edilir.
tƏxirƏSalinMaz xidMƏti alMaq ÜçÜn ƏHalinin qeYdiYYata
tƏxirƏSalinMaz xidMƏti alMaq ÜçÜn ƏHalinin qeYdiYYata
alinMaSi necƏ baş verƏcƏkdir?
Təxirəsalınmaz stasionar və ambulator müalicəni almaq üçün vətəndaş (istifadəçi)
tərəfindən hər hansı növ əvvəlki qeydiyyata alınmasına ehtiyac yoxdur. müvafiq qey-
diyyatı pasientin düşdüyü tibb müəssisəsi bildiriş şəklində yerinə yetirir.
tƏxirƏSalinMaz aMbUlator xidMƏt nƏlƏri ƏHatƏ edir?
Təxirəsalınmaz ambulatoriya stasionarda 24 saat qalmasını tələb etməyən təxirəsalın-
maz vəziyyətlərin idarə edilməsini və sabitləşdirilməsini əhatə edir. Əvvəlcədən elə
vəziyyətlərin siyahısı müəyyən edilib, hansıların təxirəsalınmaz ambulator idarə
edilməsini ümumi səhiyyə proqramı ödəyəcəkdir. Həmin vəziyyətlər travmaları,
sınıqları, yaraları, termik zədələnmələri (yanıq/donmanı), zəhərlənmə/intoksikasiyanı,
burundan qanaxmanı, anafilaksik şokun inkişaf etməsi riski zamanı allergiyanın idarə
edilməsini, sidiyin saxlanılmasını, kəskin larinqiti (krupu), ürək qan-damar xəstə-
liklərini (hipertonik krizi, ürək ritminin pozulmalarını) və müxtəlif növ kəskin ağrıları
əhatə edir.
tƏxirƏSalinMaz StaSionar xidMƏt HanSi xidMƏtlƏri
ƏHatƏ edir?
Proqram elə vəziyyətlərin maliyyələşdirilməsini nəzərdə tutur, hansılar zamanı əgər
təcili tibbi yardım göstərilməzsə, bir neçə saat ərzində orqanın və/və ya ətrafın (əl
və ya ayağının) itirilməsi və yaxud xəstənin ölümü gözlənilir. 450-dən artıq vəziyyət
müəyyən edilib, hansılar mövcud olduğu təqdirdə proqram təxirəsalınmaz cərrahi və
terapiya yardımının göstərilməsini nəzərdə tutur.
Proqram həmçinin intensiv terapiyanı və kritik vəziyyətlərin idarə edilməsini əhatə
edir.
proqraMla MÜƏYYƏn edilMiş xidMƏt xƏStƏ tƏrƏfindƏn
birgƏ ödƏMƏni nƏzƏrdƏ tUtUrMU?
Xidmət tam şəkildə maliyyələşdirilir və xəstə tərəfindən birgə ödəməni nəzərdə tutmur.
Təxirəsalınmaz stasionar xidmət üçün bir hadisəyə görə 15 000 lari məbləğində mak-
simal limit təyin edilib.
doğUşUn ödƏnilMƏSi ilƏ ƏlaqƏdar olan SUallar:
Ümumi səhiyyə çərçivəsində doğuş xərclərinin maliyyələşdirilməsi 1 iyul 2013-cü
il tarixindən həyata keçiriləcəkdir. Qeyd edilənlərlə əlaqədar olaraq əhaliyə əlavə
məlumat veriləcəkdir. Hal-hazırda “Analar və uşaqların sağlamlığı” adlı dövlət
proqramı çərçivəsində dövlət tərəfindən yüksək riskli hamilələrin və zahıların mülicəsi
həyata keçirilir.
www.moh.gov.ge