Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli, 9 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının Ümumi Təhsil Sistemində Qiymətləndirmə Konsepsiyası”təsdiq edilmişdir. 190 Yeni qiymətləndirmə sisteminin yaradılmasını zəruru edən amillər: 1.Təhsil fəaliyyətinin səmərəlilik səviyyəsinin müəyyən edilməsi. 2.Təhsil standartlarının təlabata uyğunluğunun monitorinqinin həyata keçirilməsi. 3.Ölkə üzrə şagirdlərin naliyyətləri barədə obyektiv məlumatların əldə edilməsi. 4.Təlim prosesinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi. Qiymətləndirmə təhsilin keyfillətinin yeksəldilməsinə yönəldilir və onu idarə edən vacib amil kimi meydana çıxır. Cari qiymətləndirmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir. Tədris prosesinin bütün mərhələlərində tətbiq edilir. Şagird nailiyyəti (qazanılan dəyərlər)qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir. Məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilmişdir. Ölkəmizdə qiymətləndirmə aşağıdakı istiqamətdə aparılır: Beynəlxalq qiymətləndirmə, Milli qiymətləndirmə, Məxtəbdaxili qiymətləndirmə Beynəlxalq qiymətnədirmə: Beynəlxalq standartlara əsaslanır. Cəmiyyətdə inteqrqsiya prosesinin nəticəsidir. Hər bir öikənin vətəndaşına digər ölkələrdə təhsil almaq imkanı yaradır. Beynəlxalq və milli ekspertlər tərəfindən aparılır. Milli qiymətləndirmə: Milli qurumlar tərəfindən keçirilir. Bütün pillələr və səviyyələr üzrə təlim nəticələrinin səviyyəsini müəyyən etmək məqsədi ilə aparılir. Milli və fənn kurikulumunda əks olunur. Məktəbdaxili qiymətləndirmənin növləri: Diaqnostik qiymətləndirmə (ilkin səviyyənin qiymətləndirilməsi) Formativ qiymətləndirmə (inkişafın izlənilməsi) Summativ qiymətləndirmə (yekun qiymətləndirmə) Diaqnostik qiymətləndirmə şagirdin və bacariqlarinin ilkin səviyyəsini müəyyənləşdirməklə, 191 birbaşa müəllimin təlim strategiyalarinin seçilməsinə xidmət edir. Hər bir şagirdin bilik və bacariqlarinin ilkin səviyyəsi haqqinda məlumat əldə etmək. Dərs ilinin, tədris vahidlərinin əvvəlində.Yeri gəldikcə bəhs və bölmələrin əvvəlində. Zəruri vəziyyət yarandiqda (şagird başqa məktəbdən gələndə, sinfi dəyişəndə və s.). Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, yazili qeydlər müəllimin qeyd dəftərində öz əksini tapir, sinif və şagird portfoliosunda saxlanilir. Formativ qiymətləndirmə şagirdin təlim fəaliyyətinin daim izlənilməsi və prosesinin hər hansi bir mərhələsi üçün müəyyən olunmuş məzmun standartlarindan irəli gələn bilik və bacariqlara yiyələnməsi səviyyəsinin qiymətləndirməsidir. Dərs ilinin əvvəlindən başlayaraq təlim prosesində müntəzəm şəkildə aparilir. Formativ qiymətləndirmənin nəticələri şagirdin məktəbli kitabçasinda, dəftərində sözlə qeyd olunur (məsələn, konstruktiv qeydlər), bu məqsəd üçün meyar cədvəlləri, rubriklar və şagirdin portfoliosu da istifadə olunur. Summativ qiymətləndirmə kiçik, böyük və yekun summativ qiymətləndirmədən ibarətdir. Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə yekun vurmaqla, müvafiq məzmun standartlarina uyğun qiymətləndirmə standartlari əsasında hazirlanmiş vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədi ilə aparilir. Kiçik summativ qiymətləndirmə fənn kurikulumlari tətbiq olunan siniflərdə bəhs və ya bölmələrin sonunda alti həftədə gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun nəticələri yarimillik qiymətlərin hesablanmasinda nəzərə alinir. Böyük summativ qiymətləndirmə yarimillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradilan müvafiq komissiyanin nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparilir.Yekun summativ qiymətləndirmə buraxiliş siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya (buraxiliş imtahanlari) şəklində aparilir. Summativ 192 qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalinanda qeyd olunur. Qiymətləndirmənin üsul və vasitələrini onlarin müxtəlif növ qiymətləndirmədə istifadə imkanlarini müəyyən edir. Qiymətləndirmə üsullari şagirdlərin təlim fəalliyəti haqqinda məlumatlari toplamaq üçün istifadə olunan prosedurlardir. Qiymətləndirmə vasitələri həmin üsulu həyata keçirmək üçün istifadə olunan alətlərdir