Şəkil 2.2. Riskin müəyyən edilməsi
Mənbə: Aydın Əliyev. “Bank riskləri və onun idarə edilməsi”. Bakı-
2011 kitabının məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
Bank risklərinin idarə edilməsi sahəsində diqqət yetirilməli olan
əsas anlayışlardan biri də pul-kredit siyasəti ilə əlaqədardır. Pul-kredit
siyasəti dedikdə, pul təklifinin həcmində elə dəyişikliklər nəzərdə tutulur
ki, bu dəyişikliklər istehsalın həcmini, məşğulluğu və qiymətlərin
səviyyəsini sabit saxlayır. Pul-kredit siyasəti inflyasiyanın aşağı həddə
olduğu dövrlərdə artan xərclərin qarşısının alınması məqsədilə istehsala
əlavə pul kütləsinin cəlb olunması kimi xarakterizə olunur. Ona görə
inflyasiyanın az olduğu dövrdə tətbiq olunur ki, inflyasiya zamanı
29
tədavülə tələb olunandan daha artıq pul kütləsinin cəlb olunması
inflyasiyanın daha da sürətlənməsinə şərait yaradacaqdır.
Pul-kredit siyasətinin əsas hədəfi iqtisadiyyatda işsizliyin aradan
qaldırılmasını təmin etməklə tam məşğulluq yaratmağa nail olmaq və
inflyasiyanı minimum həddə çatdırmaqdır.
Pul-kredit siyasətində dövlətin əsas məqsədi iqtisadiyyatın
mövcud vəziyyətindən asılı olaraq deyə bilərik ki ya kreditin
stimullaşdırılmasına, ya da kreditin verilməsinin məhdudlaşdırılmasına
xidmət edəcək tədbirlər planının hazırlanmasını təmin etməkdir. İqtisadi
böhran dövründə Mərkəzi Bank veriləcək kreditlərin həcmini artırmalı
və faiz dərəcələrini azaltmaqla bazar konyukturasının canlandırmağa
çalışır. İqtisadi yüksəliş və canlanma dövrlərində isə bunun əksinə olaraq
Mərkəzi bank qiymətlərin artması və iqtisadi disproporsiyaların
yaranması səbəbindən kredit verilməsində məhdudiyyət yaratmaqla ciddi
addımlar atır.
Pul-kredit siyasətinin aşağıdakı növləri var:
Daraldıcı siyasət
Genişləndirici siyasət
Yumşaq pul siyasəti
Neytral pul siyasəti
Sərt pul siyasəti
Daraldıcı siyasət dedikdə, Mərkəzi Bankın pul təklifini azaltması
və az artırması, həmçinin də faiz dərəcələrinin artırılması başa düşülür.
Bu, adətən iqtisadiyyatda inflyasiyanın hökm sürdüyü dövrə aiddir.
Tələbatdan artıq pulun tədavülə buraxılması inflyasiyanın sürətlənməsi
ilə nəticələnər.
Genişləndirici siyasət isə, iqtisadiyyatda makroiqtisadi stabillik
dövrlərində Mərkəzi Bankın pul təklifini kəskin artırması və ya faiz
dərəcələrini artırmasıdır.
30
Yumşaq pul siyasəti dedikdə, Mərkəzi Bankın faiz dərəcələrini
azaltması və iqtisadi artıma təkan verməsi başa düşülür.
Neytral pul siyasətində isə adından göründüyü kimi Mərkəzi Bank
neytral mövqe tutur. Faiz dərəcəsində heç bir dəyişiklik etmir (nə
artırmır, nə də azaltmır). Nəticə olaraq nə iqtisadi artım təşviq edilir, nə
də ki inflyasiya nəzərə alınır.
Sərt pul siyasətində isə Mərkəzi Bank sərt addımlar ataraq faiz
dərəcələrini kəskin şəkildə artırır. Bu, adətən inflyasiyanın yüksək
olduğu dövrdə tətbiq edilir. Belə ki, faiz dərəcələrinin kəskin artırılması
istehsalçıların kredit götürmələrini məhdudlaşdırır. Nəticədə tədavülə
artıq pul daxil olmur və inflyasiya azalmış olur.
Pul-kredit siyasətinin metodları iki qrupa bölünür:
Ümumi
Selektiv
Pul-kredit siyasətinin ümumi metodu dedikdə, borc kapitalları
bazarına bütövlükdə təsir göstərən metod başa düşülür. Selektiv metod
isə kreditin konkret formalarını və ayrı-ayrı sahələrini, iri firmaların və s.
kreditləşməsini tənzimləyən metoddur.
Mərkəzi
Bank
pul-kredit
siyasətinin
ümumi metodunu
sərəncamında olan alətlər vasitəsilə həyata keçirir. Bu alətlərə aiddir:
Rəsmi ehtiyat tələblərinin tənzimlənməsi
Açıq bazarda əməliyyatlar
Faizin uçot dərəcəsi ilə manipulyasiya edilməsi (diskont
siyasət)
Kommersiya banklarının normasının təyin edilməsi, bir tərəfdən,
bank vəsaitlərinin likvidliyini yəni ilk tələbdən geri qaytarıla bilməsi
imkanını yaxşılaşdırır. Digər tərəfdən, bu normalar investisiyaların
birbaşa məhdudlaşdırıcı rolunda çıxış edirlər. Zəruri ehtiyatlar
31
normasının dəyişdirilməsi bank ehtiyatlarının kəmiyyətinə birbaşa təsir
edir.
Uçot (diskont) siyasəti kredit tənzimlənməsinin ən yaxşı
metodlarından biridir. Bu metodun yaranması Mərkəzi Bankın
kommersiya banklarının kreditoruna çevrilməsi ilə əlaqədar olmuşdur.
Kommersiya bankları xüsusi borc öhdəlikləri əsasında Mərkəzi Bankdan
kredit alırlar. Kreditlər üzrə faiz dərəcəsini artıraraq Mərkəzi Bank digər
kredit idarələrinin aldıqları borcların miqdarını azaltmağa sövq edir. Bu
isə bank ehtiyatlarının artırılmasını çətinləşdirir, faiz normasının
çoxalmasına və son nəticədə, kredit əməliyyatlarının azaldılmasına
gətirib çıxarır.
Dostları ilə paylaş: |