24
FƏSİL II. MÜASİR ŞƏRAİTDƏ BANK RİSKLƏRİ
VƏ ONLARIN İDARƏ OLUNMASININ TƏHLİLİ.
2.1. Bazar iqtisadiyyatı şəraitində bank risklərinin və
onların idarə olunmasının təhlili.
Risklərin idarə olunması hər bir bankın qarşısında dayanan əsas
məsələlərdən biridir. Banklarda risklərin idarə olunması müxtəlif
proseslərin vəhdətindən ibarətdir. belə ki, həmin proseslərə aşağıdakıları
aid etmək olar: (Chatterjee 2017:109)
Risklərin müəyyənləşdirilməsi;
Risklərin qiymətləndirilməsi;
Risklərin ölçülməsi;
Risklərin tənzimlənməsi.
Yuxarıda dediklərimiz əsasında bu cür nəticəyə gəlib deyə bilərik
ki, risklərin idarə olunması proseduru dörd əsas həlqəni əhatə edən
prosesdir. belə ki, risklərin idarə olunması prosesi risklərin
müəyyənləşdirilməsi ilə başlayır, daha sonra müəyyənləşdirilmiş
risklərin qiymətləndirilməsi prosesi həyata keçirilir. Mövcud risk
dərəcələrinin qiymətləndirilməsinin nəticəsindən asılı olaraq risklərin
ölçülməsi də həyata keçirilir. Bank risklərinin ölçülməsinin nəticəsi
olaraq isə həmin risklərin tənzimlənməsi, eyni zamanda da hansı alətlər
vasitəsilə tənzimlənməsi prosesi xüsusilə fərqləndirilir.
Risklərin idarə edilməsi sistemi həyata keçirilərkən müxtəlif
amillər nəzərə alınmalıdır. Həmin amillər qrupu aşağıdakı sxem
vasitəsilə verilmişdir.