United Nations Population Fund



Yüklə 22.22 Kb.
tarix16.06.2017
ölçüsü22.22 Kb.

BMT-nin Əhali Fondu hər bir qadın, kişi və uşağın bərabər imkanlar və sağlam həyat tərzindən bəhrələnmək hüququnu dəstəkləyən beynəlxalq inkişaf agentliyidir. BMT-nin Əhali Fondu, yoxsulluğun azaldılması, eyni zamanda hər bir hamiləliyin arzu edilən olması və hər bir doğuşun təhlükəsizliyi, heç bir gəncin İİV/QİÇS-ə yoluxmamağı, hər bir qız və qadına qarşı ləyaqət və hörmətin təmin olunması məqsədilə müxtəlif ölkələrin öz siyasət və proqramlarında əhali üzrə göstəricilərindən istifadə etməsinə yardım göstərir.

BMT-nin Əhali Fondunun rəhbərliyi altında həyata keçirilən Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi qadın hüquqları və əsas azadlıqların səmərəli müdafiəsi, gender bərabərliyinin təmin edilməsi və qadınların qərar qəbul etmə proseslərində iştirakını dəstəkləmək məqsədilə cəmiyyətdə gender əsaslı zorakılığı azaltmaq üçün əlverişli mühitin yaradılmasına yönəlmiş pilot təşəbbüslərdəndir. Layihə qanunvericilik, maarifləndirmə, müdafiə və tədqiqat sahəsində həyata keçiriləcək gender əsaslı təşəbbüslər vasitəsilə Azərbaycanda qadın hüquqlarına qarşı hörməti təmin etməyə yönəlmişdir.


Jurnalistlər üçün təlimlərin keçirilməsi layihənin tərkib hissələrindəndir. İctimaiyyətdə gender məsələləri və qadın hüquqları ilə bağlı fikirlərin formalaşmasında, bununla bağlı stereotiplərin, yanlış fikirlərin aradan qaldırılmasında KİV-lərin rolu əvəzedilməzdir. Buna görə də KİV nümayəndələri üçün təlimlərin məqsədi QQZ ilə bağlı araşdırma jurnalistikasını inkişaf etdirmək, QQZ ilə bağlı yazıların keyfiyyətini artırmaqdır. Təlim iştirakçılarına gender mütəxəssisləri tərəfindən QQZ-ni törədən səbəblər və onun nəticələri haqqında məlumat veriləcək, eyni zamanda qadın hüquqlarının müdafiəsi, QQZ və insan alveri qurbanları və s. bu kimi mövzuların mediada işıqlandırılması bacarıqlarının artırılması, bu kimi həssas mövzulardan yazarkən jurnalistlərin ciddi şəkildə riayət etməli olduqları peşəkarlıq prinsipləri öyrədiləcək. Sözügedən təlimlər paytaxt və region KİV-ləri daxil olmaqla, milli qəzetlərin, saytların, televiziya və radioların gender məsələləri üzrə ixtisaslaşmış əməkdaşları üçün nəzərdə tutulur.
Bununla əlaqədar, BMT-nin Əhali Fondu QHT-lər/Peşəkar Assosiasiyaları seçilmiş məqsəd qrupları – jurnalistlər üçün Gender Əsaslı Zorakılıq mövzusunda təlimlərin və dəyirmi masaların təşkil edilməsinə dəvət edir.

QHT-lər/peşəkar assosiasiyalar üçün

tender elanı





Göstəriləcək xidmətin adı

 


Gender əsaslı zorakılıqla bağlı məlumatlılığın artırılması məqsədilə jurnalistlər üçün təlim və dəyirmi masaların təşkil olunması

İşin şərtləri


Layihə fəaliyyətinin strateji məqsədləri:

Oktyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan 3 günlük təlimlərin əsas məqsədi gender məsələlərindən yazan KİV nümayəndələrinin məlumatlılığını artırmaqdan ibarətdir. Təşkilatçı əsasən aşağıdakıları vəzifələrin icrası üzrə məsuliyyət daşıyacaq:



  • GƏZM layihəsi ilə birgə gender məsələləri və gender əsaslı zorakılıq haqda yazan jurnalistlərin seçilməsi

  • Bakıdan və regionlardan olan jurnalistlərin iştirakının təmin olunması

  • KİV nümayəndələrinə gender əsaslı zorakılıq, GƏZ, onun səbəb və nəticələri, yayılma səviyyəsi, qadınlara, kişilərə və uşaqlara təsiri barədə məlumat vermək

  • İctimaiyyətdə gender əsaslı zorakılıq və qadın hüquqları ilə bağlı təsəvvürün və fikirlərin formalaşmasında medianın rolu haqqında məlumat vermək

  • GƏZ və qadın hüquqları ilə bağlı yazıların keyfiyyətini və obyektivliyini artırmaq məqsədilə jurnalistləri nəzəri və praktik biliklərlə təmin etmək

  • GƏZ qurbanları haqda yazarkən anonimlik və həssaslıq prinsiplərinə əməl edilməsi üçün tövsiyələr vermək

  • Təlimdə iştirak edən jurnalistlərin təlim bitdikdən sonra GƏZ mövzusunda material hazırlamalarını və öz mətbu orqanlarında nəşr etdirmələrini təmin etmək

  • Gender məsələləri və GƏZ sahəsində çalışan ictimai institutlarla KİV-lərin əməkdaşlığını qurmaq və inkişaf etdirmək məqsədilə dəyirmi masalar keçirmək

  • Təlimlərin təşkilinə aid bütün məsələləri əlaqələndirmək. Sözügedən təşkilatı məsələlər sırasına təlim üçün yerin ayrılması, yemək və çay/qəhvə fasilələrinin təşkil edilməsi, materialların surətlərin çıxarılması, təlimin səmərəli keçməsini təmin etmək vasitəsilə müvafiq avadanlığın və lazım olan digər bütün elementlərin təmin olunması daxildir

  • Gender Əsaslı Zorakılıqla Mübarizə layihəsinin idarə heyətinə keçirilmiş işlə əlaqədar mütəmadi hesabatları təqdim etmək

  • Təlimlərin yekun qiymətləndirilməsini keçirərək layihə rəhbərliyinə təqdim etmək


Gözlənilən nəticələr:

  • Jurnalistlər üçün ümumi gender məsələləri, gender həssaslığı, gender əsaslı ayrı-seçkilik və gender əsaslı zorakılıq mövzularında təlimin keçirilməsi

  • İştirakçıların ən azı 80%-nin təlim mövzuları üzrə yeni bilik və bacarıqlara yiyələnməsini təmin etmək

  • Jurnalistlərin iştirakı ilə gender və GƏZ-in KİV-də işıqlandırılması üzrə dəyirmi masalar təşkil etmək

  • Təlimlərin yekun qiymətləndirilməsini hazırlayaraq layihə rəhbərliyinə təqdim etmək

Ofis/Layihə

“Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” (CQ) Layihəsi

Tender şərtləri

Tenderin tələbləri üzrə həyata keçiriləcək bütün tədbirlər və bunun üçün tələb edilən büdcənin təfsilatlı təsvirini özündə əks etdirən layihə təklifləri aşağıdakı elektron poçt ünvanına göndərilməlidir: .................

Təklifin təqdim edilməsi üçün son tarix

27 oktyabr 2009-cu il

Əlaqə saxlamaq üçün şəxs

Bəhicə Əliyeva, Milli Layihə Əlaqələndiricisi

Telefon/Faks

Tel: (+994 12) 492 8664; 498 9888

Faks: (+994 12) 492 2379






3, UN 50th Anniversary str., Baku, Azerbaijan, AZ 1001

Telephone: (994-12) 498 98 88 Fax: (994-12) 492 24 91

E-mail: office@un-az.org www.un-az.org/unfpa



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə