Univerisitet: adpu-nun Şəki filialı. Fakültə: Pedaqoji. İxtisas: Tarix və Coğrafiya müəllimliyi iv-kurs. Müəllim: Səadət Feyzullayeva


Karbon 1-oksidin sağlamlığa təsiri



Yüklə 40,11 Kb.
səhifə7/9
tarix12.05.2022
ölçüsü40,11 Kb.
#57749
1   2   3   4   5   6   7   8   9
Ekologiya sərbəst iş(Havanın çirklənməsinin insan sağlamlığına təsiri)

Karbon 1-oksidin sağlamlığa təsiri. Karbon 1-oksidin yüksək konsentrasiyası kəskin zəhərlənməyə səbəb olur. Xroniki təsir zamanı qanda karboksihemoqlobinin miqdarının artması və uşaqlarda psixi hərəkət reaksiyasının dəiyşməsi müşahidə olunur. Karbon 1-oksidin təsir indiaktoru qanda törəmə hemoqlobinin–karboksihemoqlobinin (COHb) təyin edilməsidir. Qanda COHb-in miqdarı işçilərdə işin sonunda 3,5% (Amerika gigiyena əmək assosiasiyasının tövsiyəsinə görə), ümumi əhali qrupunda isə 2,5%-dən artıq olmamalıdır. Ozonun sağlamlığa təsiri. Ozonun 160-470 mkq/m3 səviyyəli konsentrasiyada təsiri zamanı xarici tənəffüsün funksiyasında əhəmiyyətli dərəcədə dəyişiklik gedir, öskürək və baş ağrıları baş verir. Ozonun uzun müddətli təsiri ağciyərlərin mərkəzi hissəsinin epitelial və birləşdirici toxumalarının morfoloji dəyişməsinə səbəb ola bilər. Hidrogen-sulfidin sağlamlığa təsiri(H2S). Atmosfer havasında hidrogen-sulfidin insanın sağlamlığına təsiri müxtləif olub – xoşagəlməz hissiyyatdan ağır zədələnməyə qədər müşahidə oluna bilər. Belə bir faciəli hadisə Meksikanın Posa-Rika şəhərində baş vermişdir. Burada 1950-ci ildə kükürdün bərpası zavodunda çıxan qazın yandırılması sistemində baş verən qəza nəticəsində atmosferə külli miqdarda hidrogen-sulfid atılmışdır. Yanmayan qaz atmosfer inversiyası şəraitində yaşayış qəsəbəsinin ərazisinə çatmış və 3 saat ərzində xəstəxanaya yerləşdirilən 320 adamdan 22-si həyatını dəyişmişdir. Karbon-sulfidin sağlamlığa təsiri(CS2). Karbon-sulfidin istehsalat şəraitində uzun müddətli təsiri damarlı aterosklerotik dəyişkənliyə səbəb olur. Karbon-sulfidin yüksək konsentrasiyasının təsirinə 10 ildən artıq müddətdə məruz qalan fəhlələr arasında ölüm hadisəsinin artması aşkar edilmişdir. Karbon-sulfidin təsir indikatoru onun sidikdə olan miqdarı sayılır. Süni (kimyəvi) lif müəssisələri (və kokskimya zavodu) yaxınlığında yaşayan uşaqların sidiyində karbon-sulfidin yüksək miqdarda toplanması müəyyən olunmuşdur.


  1. Yüklə 40,11 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin